Bələdiyyə seçkilərində iştirak üçün 35574 nəfərin namizədliyi qeydə alınıb

20.11.2019 - 11:05

be491761-cb7b-4005-ab34-22bda6be15d3“Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına 42625 iddiaçı bildiriş verib”.

“Report” xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 35574 nəfəri namizəd statusunu alıb və namizəd olaraq qeydiyyatdan keçib:

“Proses hələ davam edir, namizədlər daha çox fəallıq nümayiş etdirilər. Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımlardır. Bu da əlbəttə ki, yaxşı bir göstəricidir. Bayaq dediyim kimi gənclər də xüsusi fəallıq nümayiş etdirir. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136837

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728