Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilib – Dünyada ilk dəfə

20.11.2019 - 12:43

4ee12b53-f76b-4d15-bbc1-b075dc8966a0Azərbaycanda dünyada bir ilk olan İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilib.

“Report”un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O qeyd edib ki, bu qurğu beynəlxalq tədbirlərdə nümayiş etdirilib: “İctimai İşlərə Nəzarət Qurğusu dünyada böyük marağa səbəb olub. Bu qurğu bizim öz məhsulumuz və öz layihəmizdir. Artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür”.

“Eyni zamanda, İctimai İşlərə Nəzarət Qurğusu artıq ölkədə istifadə olunur. Sistemin mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Şəxs isə iş yerinə gəldikdə, bu qurğunu işə salır. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri Monitorinq Mərkəzində göstərir. Həmin şəxs işi yekunlaşdırdıqdan sonra qurğunu söndürür. Bu qurğu vasitəsi ilə biz həmin şəxsə tam olaraq nəzarət edirik”, – deyə A.Səmədzadə bildirib.

Onun sözlərinə görə, bu sistem Azərbaycanda cəmi 2 aydı tətbiq edilir: “Artıq bir neçə məhkum pilot rejimdə izlənilir. Göstəricilər isə 100 faizə yaxındır və hər hansı pozuntular aşkar olunmayıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=136855

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728