SOCAR: Gürcüstanın qaza olan tələbatını ödəmək Azərbaycan üçün böyük yük deyil

02.12.2019 - 17:25

“Gürcüstanın qaza olan tələbatının böyük hissəsini qarşılamaq Azərbaycan üçün böyük bir yük deyil”.

APA-Economics”in “APA TV”ə istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstanın təbii qazan olan illik tələbatı 2-2,5 mlrd. kubmetrdir, bunun da əsas hissəsini Azərbaycan təmin edir.

“Bu, bizim üçün onu qarşılamaq (tələbatı – red.) çətin bir iş deyil. Əlbəttə, biz mənfəət də götürürük. Lakin bu, Azərbaycanla müqayisədə kiçik bir tələbatdır. Azərbaycanın özünün qaza olan illik tələbatı 11 mlrd. kubmetrdir, Gürcüstanda bu göstərici təxminən 4 dəfə aşağıdır”, – deyə İ. Əhmədov qeyd edib.

SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, enerji təchizatı sahəsində Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar. Gürcüstan Azərbaycan enerji resurslarının xarici bazarlara çıxarılmasını təmin etmək üçün tranzit rol oynayır ki, bu da bu ölkənin əhəmiyyətini artırır: “Yəni, biz bir birimizə lazım olan və faydalı tərəfdaşlarıq”.

Hazırda Tbilisi şəhərini istisna etməklə Gürcüstan regionlarında qazpaylayıcı şəbəkələri məhz SOCAR şirkəti tərəfindən idarə edilir. Bundan başqa, SOCAR bu ölkədə neft məhsullarının satışını da həyata keçirən şirkətlərdən biridir, İ. Əhmədov vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930