“Milli Məclis yenidən formalaşacaq…” – Prezident

04.12.2019 - 17:04

“Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Bu gün mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları plandan əlavə 934 milyon manat vəsaiti büdcəyə daxil ediblər. Bunu da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm də gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirilib, yeni rəhbərlər təyin edilib və beləliklə nəticə göz qabağındadır. Ona görə də struktur islahatları ilə bərabər kadr islahatları da aparılır. Cəmiyyət struktur islahatlarını yüksək qiymətləndirir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiq edilib. Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var. Ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc, peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər və ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab versin”, – deyə dövlət başçısı qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137956

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930