Tağıyevin İstanbuldakı villası rekord qiymətə satışa çıxarıldı

05.12.2019 - 14:45

Azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb. 

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik malikanəyə xeyli müştəri çıxıb.

Mətbuatın yazdığına görə, malikanənin yerləşdiyi İstanbul boğazında bənzərsiz gözəlliyi ilə diqqət çəkən tarixi binalar çoxdur. Artıq xeyli müddətdir ki, həm yerli, həm də əcnəbi zənginlər burada villa axtarışındadırlar. Olduqca yüksək satış qiymətləri olan bu malikanələrdən sonuncu satışa çıxarılanı Hacı Zeynalabdin Tağıyevə məxsusdur.

Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilir. Ərazisi 2 miin 400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930