Yaqub Eyyubov Moskvada

06.12.2019 - 13:53

Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, iclas Türkmənistanın sədrliyi ilə keçirilib.

Tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov, həmçinin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu təmsil edib.

Gündəlikdə MDB ölkələri arasında iqtisadi sahədə qarşılıqlı əlaqələrin geniş spektri olub. Müzakirələrin əsas mövzusu 2030-cu ilədək olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyası layihəsi olub. Onun həyata keçirilməsi Birlik ölkələrinin iqtisadiyyatlarının rəqabət qabiliyyətini, vətəndaşların rifah halını artırmağa və dünya iqtisadi münasibətlərindəki mövqeyini möhkəmləndirməyə imkan yaradacaq.

İclasda həmçinin bir sıra digər maliyyə və təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, MDB İqtisadi Şurasının tərkibinə MDB üzvü olan ölkələrin hökumət başçılarının iqtisadiyyatdan məsul olan müavinləri daxildir. İclaslar rübdə bir dəfə keçirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138142

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930