Milyonlarla istifadəçi “WhatsApp”dan istifadə edə bilməyəcək

10.12.2019 - 11:19

“Facebook”a məxsus populyar “WhatsApp” mobil messenceri 2020-ci ildə dünyada milyonlarla mobil cihazda işləməyəcək.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, söhbət köhnə “Windows Mobile”, “Android” və iOS əməliyyat sistemlərində (ƏS) işləyən qurğulardan gedir.

Belə ki, bu əməliyyat sistemləri messenceri texniki inkişaf üçün lazım olan imkanlarla təmin etmədiyinə görə onların dəstəklənməsi dayandırılacaq. O cümlədən 2019-cu il dekabrın 31-dən etibarən messencer “Windows Phone” sistemli telefonlar tərəfindən dəstəklənməyəcək. Elə eyni gündə “Microsoft” bu ƏS-in onuncu versiyanın dəstəklənməsini dayandıracaq. 2020-ci il fevralın 1-dən isə “WhatsApp” 2.3.7 və daha köhnə versiyalı “Android”, 8-ci versiya da daxil olmaqla iOS sistemli cihazların sahiblərində işləməyəcək.

Bu əməliyyat sistemlərinə sahib istifadəçilər messencerdə yeni hesablar yarada və mövcud olanları yoxlaya bilməyəcəklər.

“WhatsApp” “Android 4.0.3” və daha sonra yaradılmış sistemlərlə işləyən mobil cihazlarda, həmçinin iOS 9 və daha gənc sistemli smartfon və planşetlərdə işləyəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138326

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930