“Azərbaycan Dəmir Yolları” iki yeni qatar alıb

10.12.2019 - 12:13

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin “Stadler Real Group” şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.

“APA-Economics”in məlumatına görə, bunu sözügedən qatarların təqdimetmə mərasimində jurnalistlərə açıqlama verən QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

Onun sözlərinə görə, qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcəyi nəzərdə tutulub.

Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.

Natəvan Bayramova əlavə edib ki, ümumiyyətlə, İsveçrənin “Stadler Real Group” şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138338

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930