Yeni radionun açılması üzrə müsabiqəyə sənəd verən şirkətlərin sayı 5-ə çatıb

11.12.2019 - 13:01

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə qatılan şirkətlərin sayı artıb.

Bunu “Report”a açıqlamasında MTRŞ-nin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Onun sözlərinə görə, daha bir şirkət sənədlərini MTRŞ-a təqdim edib: “Bununla da Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənədlərini təqdim edən şirkətlərin sayı 5-ə çatıb. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq. Müsabiqənin vaxtının uzadılması isə gözlənilmir”.

MTRŞ iddiaçıların adlarını rəsmi şəkildə açıqlamayıb.

Qeyd edək ki, sözügedən tezlik üzrə MTRŞ-a müraciət edən şirkətlərin 4-nün adı mətbuata məlum olub. Belə ki, həmin şirkətlər “Balans Studiyası”,“İNS ÇM” MMC, “Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan”dır.

Xatırladaq ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb və dekabrın 12-dək davam edəcək. Sabah saat 18:00-da sənəd qəbulu başa çatacaq.

Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138453

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930