Koçaryan növbədənkənar seçkilərdən danışdı

11.12.2019 - 13:31

“Baş nazir təkhakimiyyətliliyi itirir, özünü Xilaskar İsus olaraq təsəvvür edir”.

“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti, 2008-ci il martın 1-də baş verən etiraz aksiyalarının yatırılması ilə bağlı barəsində cinayət işi açılaraq həbs olunan Robert Koçaryan bildirib.

Jurnalistin “2020-ci illə bağlı hansı proqnozu verə bilərsiniz? Ermənistanı gələn il üçün hansı ssenari gözləyir” sualına cavabında deyib: “Deputat mandatlarının sayından asılı olmayaraq, hakimiyyət bir nəfərin əlində uzun müddətə qalması mümkün deyil. Ölkəni idarə edə bilməməsi, fəaliyyətində sistemsizlik, hakimiyyətin legitimsizləşməsini artırıb. Baş nazirin fanatik tərəfdarı praktiki olaraq qalmayıb. İqtisadi və sosial siyasət sahələrində aydın istiqamətin olmaması səbəbindən ictimaiyyət tərəfindən də dəstək qazanmır. İki ziddiyyətli müxtəlifyönlü prosesin getdiyi göz önündədir. Baş nazir bir tərəfdən təkhakimiyyətliliyini itirir, digər tərəfdən isə özünü Xilaskar İsus olaraq təsəvvür edir. Bu da onun nüfuzunun azalmasını sürətləndirir. Bütün olanlar isə bunun növbədənkənar seçkilərlə nəticələnəcəyini deməyə əsas verir”.

Xocalı soyqırımının təşkilatçılarından olan Koçaryan beynəlxalq qurumların da Nikol Paşinyana demokratikləşmə ilə bağlı verdikləri möhlətin bitdiyini elan edəcəklər. O, Rusiyanın Ermənistanda baş verənlərə münasibətini dəfələrlə aydın şəkildə ifadə etdiyni də vurğulayıb. Koçaryan Ermənistandakı hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluq və məhkəmənin hökumətin təsiri altında olduğunu da söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138457

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930