“ABŞ təkliflərimizə “Xeyr” deyir” – Mövlud Çavuşoğlu

11.12.2019 - 14:16

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlayarıq”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli telekanala müsahibəsində bildirib.

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey olar. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər”, – o deyib.

M.Çavuşoğlu vurğulayıb ki, ABŞ hazırda Suriyadakı təhlükəsizlik bölgəsindən çıxıb: “Ancaq terrorçu PKK/YPG-PYD ilə əlaqəsi davam edir. Onun bu terrorçu təşkilata etdiyi yardımlar cinayətdir. Bu, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi deməkdir. Bizim antiterror əməliyyatı keçirdiyimiz ərazidə ABŞ hərbçiləri yoxdur. Biz terrora qarşı mübarizə aparmaq üçün oradayıq və bunu davam etdirəcəyik. Rusiya bizə deyir: “Terrorçular bölgədən çıxmazsa, siz oranı təmizləyərsiniz. Türkiyənin terror təhdidinə qarşı tədbir görmək hüququ var. Türkiyəni qorumaq NATO-nun vəzifəsidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930