“Özümü deputat kürsüsündə görmürəm” – Xalq artisti Mənsum İbrahimov

14.01.2020 - 17:06

“2019-ci ilin son konserti üçün Türkiyədəydim. Konsertin səhəri günü jurnalistlərdən mənə zəng gəldi ki, millət vəkili olmaq niyyətindəsiz. Çox təəccübləndim, çünki heç bir siyası partiyanın üzvü deyiləm”.

AzPolitika.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

O, bildirib ki, bu xəbəri eşidən hər kəs ona dəstək olmaq istəyib: “Hər kəsə, xüsusilə Qarabağ əhalisinə təşəkkürümü bildirirəm. Amma hələ ki, özümü deputat kürsüsündə görmürəm. Çünki muğamla bağlı reallaşdırmaq istədiyim bir çox layihələrim var. Düzdür, müəyyən tranplin açılır, amma buna baxmayaraq, mən istədiyim tribunadan fikirlərimi rahatlıqla səsləndirə bilirəm. İctimai xadim olaraq sözümü deyirəm. Yaradıcı insan olaraq gedib orada oturmağım ancaq işimə mane olacaq. Təbii ki, parlamentdə mədəniyyət xadimlərinə də ehtiyac var, amma mən istəmirəm. Seçkilərdə iştirak etmək hər bir kəsin haqqıdır, amma son söz vətəndaşındır. İndiyə kimi bizim bölgəmizdən olan bütün millət vəkillərindən razıyam. Ola bilsin, sakinin gözləntisi daha böyük olsun, amma hər bir insanın görə biləcəyi iş var. Mən çalışıram ki, hər şeyə real baxım”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140752

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031