“Gözlərini açır, əllərini hərəkət etdirə bilir” – Oqtay Gülalıyevdən xəbər var

16.01.2020 - 15:24

«Bu il yanvarın 10-da Oqtayın başında aparılan əməliyyatdan sonra qızdırması olsa da, artıq iki gündür ki, qızdırması düşüb». 

Bunu “Azadlıq” radiosuna bu gün, yanvarın 16-da hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerika” Xəstəxanasında müalicəsi davam etdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

«Həm də artıq Oqtayın reaksiyaları da normallaşır. Belə ki, yanvarın 10-da keçirilmiş əməliyyatdan sonra reaksiyaları zəifləmişdi. Həkimlər bunu əməliyyatla əlaqələndirirdilər. İndi isə artıq gözlərini açır, əllərini əməliyyatdan əvvəlki tempdə hərəkət etdirə bilir», – F.Gülalıyeva əlavə edib. Onun sözlərinə görə, əməliyyat zamanı beyinə qan sızması və başqa mənfi hallar aşkar edilməyib.

F.Gülalıyeva deyib ki, yığılan mayenin axıdılması üçün başın sağ hissəsinə şunt qoyulub: «Amma həkimlər Oqtayda şüur oyanıqlığı baş verməsinin bir zaman alacağını, gözləməyin lazım gəldiyini deyirlər».

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140945

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930