“Zəhərlənməyə səbəb olan içkilərin tərkibində 76,6 faiz metanol aşkarlanıb” – AQTA sədri

17.01.2020 - 14:08

“Bəzi sahibkarlıq subyektləri təəssüf ki, çalışdıqları sahənin məsuliyyətini hələ dərk etmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ictimai iaşə sahəsində fəaliyyət göstərən, kütləvi qidalanmaya məhsul təqdim edən bəzi şəxslər ehtiyatsız hərəkətin insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olmasını və hətta acı sonluğa gətirib çıxarmasını dərk etmirlər: “Bu günə olan fakt budur ki, spirtli içkilərin saxtalaşdırılması ilə bağlı cinayətdə iştirak edən 15 şəxs barəsində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri tətbiq olunub və bu iş davam etdirilməkdədir. Bir məqamı vurğulayım ki, zəhərlənməyə səbəb olan spirt texniki, sənaye spirtidir və qida ilə heç bir aidiyyəti olmayan metil spirtidir. Zəhərlənməyə səbəb olan həmin içkilərin tərkibində 76,6 faiz metanol aşkarlanıb. Aşkarlanan metanolun tərkibində xüsusi həlledici məhlul aşkarlanıb ki, bu da sənaye metanolu üçün xarakterik olan göstəricidir. Cinayətkar dəstənin bir qrupu ölkənin müxtəlif yerlərində icarəyə götürdükləri və ya fərdi evlərdə boş butulkaların yığılıb təmizlənib istehlaka yararlı hala salınması, digər qrupu həmin məhsulların ağızlarına spirtli içkilər üçün nəzərdə tutulmuş diyircəklərin müxtəlif formalarının hazırlanaraq butulkalara tətbiq olunması, üçüncü qrupu metanolun qeyri-qanuni yolla əldə olunması, dördüncü qrupu isə həmin məhsulun ictimai iaşə müəssisələrinə daşınaraq müxtəlif bahalı brendlər adı altında satışını həyata keçirməklə məşğul olub. Ən üzücü fakt isə bu işdə ictimai iaşə müəssisələrinin, şadlıq evlərinin və müxtəlif kafe, restoranların, daha çox gecə klublarının iştirakıdır”.

Qoşqar Təhməzli bildirib ki, Agentlik 2 il ərzində sahibkarlıq subyektlərini bu sahədə kifayət qədər maarifləndirib, məlumatlar verib, çox da sərt davranmayıb: “Amma bəyan edirəm ki, 2020-ci ildən etibarən artıq Qida Təhlükəsizliyi Agentliyi daha sərt inzibati tədbirlərə əl atacaq. Bu faktlar da onu göstərir ki, məsuliyyətini dərk etməyən bəzi dırnaqarası sahibkarlar dəyərli iş adamlarının adına xələl gətirirlər. O adamlara qarşı qanunun ən sərt tədbirlərini tətbiq edəcəyik. Bu il ərzində monitorinq və yoxlamaların da sayı artırılacaq. Həssas qruplardan olan yoxlamalar çoxluq təşkil edəcək. Bu monitorinq və yoxlamalar eyni zamanda müalicə profilaktika müəssisələrini də əhatə edəcək. Çünki xəstələrin qidalanması çox önəmli qidalanmadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141037

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930