Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi tapılıb

23.01.2020 - 13:57

Çinli təbiblər 2019-nCoV adlı koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi üsulunu tapıblar.

“Report” “The Paper”ə istinadən xəbər verir ki, xəstəliyin yayılmağa başladığı Vuhan şəhərində uğurla sınaqdan keçirilən yeni üsul xəstənin qana oksigen vurulması (ECMO – Extracorporeal Mambrane Oxygenation) cihazına qoşularaq ağciyərlərin fəaliyyətini müvəqqəti dayandırıb onların müalicəsini həyata keçirməkdən ibarətdir. Bunu Vuhan Universitetinin “Jonqnan” hospitalının direktoru Sia Cian bildirib.

 

Yeni üsulla 53 yaşlı xəstəni sağaltmaq mümkün olub.

 

China.org xəbər verir ki, yanvarın 17-də adıçəklilən hospitala ağır vəziyyətdə çatdırılan həmin xəstənin ağciyərinin fəaliyyəti bərpa olunub, xəstənin vəziyyəti düzəlib və bu həftə evə göndəriləcəyi gözlənilir.

 

Xatırladaq ki, yeni koronavirusun törətdiyi bu xəstəliyə indiyədək 532 nəfərin yoluxduğu, 17 xəstənin isə öldüyü bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141387

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930