Rəşad Mahmudovla görüşdə izdiham: Zal doldu, seçicilərin bir qismi ayaq üstə qaldı…

24.01.2020 - 19:03

Moderator.az xəbər verir ki, 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov Səncərədi nümayəndələri ilə görüş keçirib. Görüşdə kənd sakinləri, müharibə veteranları, ziyalılarla ölkənin bu günü və yaxın keçmişi müzakirə olunub, habelə əhalinin hazırkı qayğıları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

R.Mahmudovla görüşə kənd sakinlərinin böyük maraq göstərməsi, izdihamın yaşanmasına səbəb olub. Nəticədə görüş üçün ayrılan zal dolduğu üçün seçicilərin bir qismi müzakirələri ayaq üstə dinləməli olub.

R.Mahmudov sosial şəbəkədəki hesabında görüş haqqında aşağıdakıları bildirib:

 

“Bu gün Səncərədi nümayəndəliyinin seçiciləri ilə səmimi və aktiv görüşümüz oldu. Cənab İlham Əliyevin sərəncamları ilə rayonda, o cümlədən nümayəndəlik ərazisində görülmüş möhtəşəm işlərdən razılıqla danışan seçicilər Vətənimizin çətin və ağrılı-acılı günlərini unutmadıqlarını söylədilər. Həmin günlərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələri bu stabilliyə, bu əmin-amanlığa və bu inkişafa hər zaman dəstək olacaqlarını əminliklə vurğuladılar.

İnsanların yaşayış şəraitləri, eləcə də problemləri ilə maraqlandım və regionun sosial-iqtisadi həyatının daha da yaxşılaşdırılması üçün bütün cəhdlərimi səfərbər edəcəyimi bildirdim. 2 saata yaxın baş tutan tədbirdə mənə mehribanlıq və səmimiyyət göstərən seçicilərimə və salonun dolu olmasına görə tədbirdə ayaq üstə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm”.

 

Seymur ƏLİYEV

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141517

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930