Araq biznesinin “xaç atası” – Sahib Rəhimov

05.12.2014 - 01:32

“Bakı şərab-1″-də dövr edən milyonlar necə
qazanılır?

Hər
il milyardlarla manat vəsaitin dövr elədiyi spirtli içki sektorunda inhisar bir iki əldə cəmləşib və
demək olar ki, bu inhisarçılar bir-birilərinə qarşı mübarizə aparmırlar. Bu da
onun göstəricisidir ki, əslində araq bazarında inhisar elə bir əldə cəmləşib. Ökəinin
araq bazarı ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırmalar ciddi maraqlı
faktların ortaya çıxmasına səbəb oldu. Öncəliklə qeyd edək ki, Bakı şəhərində və
ölkədə araq istehsalı tam olaraq В«Bakı Şərab-1В» ASC-nin və В«Bakı Şərab-2В»
ASC-nin nəzarəti altındır. Daha keyfiyyətli spirtli içkilər istehsal edən əyalət
şərab zavodları da demək olar ki, bu iki şərab zavodunun patronajlığı altında fəaliyyət
göstərirlər. Çünki daha keyfiyyətli spirtli içki istehsal etmələrinə baxmayaraq
bazarda inhisara sahib olan В«Bakı Şərab-1В» ASC ilə rəqabət aparmaq faktiki
olaraq mümkün deyil. Onu da qeyd edək ki, В«Bakı Şərab-2В» ASC В«Bakı Şərab-1В»
ASC-nin nəzdində fəaliyyət göstərir və şərab bazarında inhisara sahib olan bu
iki nəhəngin sabiq kənd təsərrüfatı naziri, hazırda Baş nazirin müavini olan
İsmət Abbasovun kurasiyasında olub.

Qeyd
edək ki, Bakı Şərab-2В» ASC-nin sədri Rabil Hüseynovla bağlı mətbuatda dəfələrlə
məlumatlar dərc olunub. Sonuncu dəfə Rabil Hüseynov oğlu Şahin Hüseynlinin
cinayət məsələsi ilə bağlı səs-küylü qalmaqalla bağlı gündəmə gəlmişdi. Rabil Hüseynov
İsmət Abbasovla kirvə olmaqla yanaşı həmçinin ölkəninin siyasi həyatında pərdə
arxasında olsa da, ciddi rol alan keçmiş Baş prokuror hazırda səfir olaraq
çalıan Eldar Həsənovla da qohumdur. В«Bakı Şərab-1В» ASC-nin direktoru isə mətbuatda
çox az gündəmə gəlib. Sahib Rəhimov özünü kölgədə saxlamağı başarsa da, əslində
şərab bazarının В«xaç atasıВ» hesab olunur. Sahib Rəhimov haqqında cumhuriyyet.az-a
danışan mənbə bildirir ki, Sahib Rəhimov keçmiş kənd təsərrüfatı naziri və hal
hazırda baş nazirin müavini işləyən İsmət Abbasovun adamı kimi tanınır və uzun
illərdir ki, ölkəninin spirtli içki bazarında İsmət Abbasova aid olan inhisarı
idarə edir.

Mənbəninin
bildirdiyinə görə Sahib Rəhimovun əsas qazanc yeri В«Bakı Şərab-1В»də dövlət
sifarişindən başqa hər ay əlavə yüz minlərlə saxta rus və yerli araqların
istehsal etməsidir. Məlumatda qeyd olunur ki, müəssisə rəhbərinin dövlətdən
gizlin istehsal etdirdiyi saxta markalı araqlar paytaxt Bakı şəhərində və
regionlardakı çoxlu sayda şadlıq evlərinə marka araqlardan daha ucuz qiymətə
paylanılır. Paylanılan araqların üstündə bonusun da verildiyi bildirilir. Həmin
araqlar Sahib Rəhimovun yaratdığı bir şirkət təərfindən rayonlardakı mağazalara
da qeyd olunur. Bütün bunlarla bağlı cumhuriyyet.az-a daxil olan məlumata əsasən
müəssisə rəhbəri В«Bakı Şərab-1В» ASC-də işləyən işçilərə aylıq əmək haqlarından əlavə
paket sistemidə tətbiq edib. Çünki bütün işçilər bilir ki, ay ərzində istehsal
etdikləri araqların, likörlərin, çaxırların əksəriyyəti Sahib Rəhimovun şəxsi
biznesinin “çiçəklənməsi” üçündür. İstehsal olunan içki növlərinin üzərinə
В«Bakı Şərab-1В» ASC-yə aid olmayan markaların və başqa tanınmayan şirkətlərin
markaları vurulduğuna görə işçilər nəyin nə olduğunu yaxşı bilirlər. Elə bu üzdən
də Sahib Rəhimov işçilərinin ağzını əlavə В«paketlə yumurВ».

Mənbə
bildirir ki, il ərzində gizlin araq istehsalından müəssisə rəhbərinin və
patronlarının gəliri 40-50 milyon manat arasında olur. Bundan başqa Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində olan Bakı В«Bakı Şərab-1В» ASC-yə dövlət tərəfindən
ayrılan milyonlarla manat vəsaitlərin xərclənməsində də qaranlıq məqamların
olduğu qeyd olunur. Adı çəkilən müəssisənin xeyirlə işlədiyi halda nadənsə bəzi
hallarda В«Bakı Şərab-1В» ASC-nin hesabatlarında zərər getdiyini qeyd olunur. Yəni
istehsal olunan malların alınmadığı və dükanlarda real mal kimi qaldığı
bildirilir. Amma Sahib Rəhimovun gizlin istehsal etdirdiyi ucuz içkilər isə
dayanmadan bazarlarda satılır.

Son
illər В«Bakı Şərab-1В» ASC istehsal etdiyi spirtli içkilərlə bağlı problemlərin
yaranmağı Sahib Rəhimovun В«patronlarınıВ» narahat etməyə başlayıb. Çünki
regionlarda bir çox vətəndaşlar məhz В«Bakı Şərab-1В» ASC-nin spirtli içkilərindən
zəhərləniblər. Eyni zamanada adı çəkilən qurumun rayonlarda fəaliyyət
mağazalarından hər il bir neçə dəfə saxta içkilər müsadirə olunur. Məlumatlı mənbəmiz
bildirir ki, В«Bakı Şərab-1В» ASC-də istehsal olunan bir çox araqların keyfiyyətsiz
olmasının səbəbi istifadə olunan spirtlərin müasir standartlara uyğun
olmamasından irəli gəlir. Standartlara uyğun olmayan içkilərin tərkibinə
antifiriz və kimyəvi maddələr qatılmaqla bərabər, həmdə ucuz araqların tərkibinə
etanol spirtinin dozasının artıq edilməsi insan orqanizimində problemlər
yaradır. Mənbə iddia edir ki, ucuz içkilərin düzəldilməsində metil spirtindəndə
istifadə olunur. Bu spirt isə insan beynində ciddi problemlər yaradır. Qeyd edək
ki, Sahib Rəhimov В«Bakı Şərab-1В» ASC-nin hesabına milyonlara qazanaraq böyük
var-dövlət sahibi olub və hazırda ölkənin ən varlı adamlarından biri hesab
olunur. В«Bakı Şərab-1В» ASC rəhbərinin gizli araq istehsalı vasitəsi ilə
qazandığı milyonlarla bağlı bağlı redaksiyamıza göndərilən informasiyalar dəqiqləşdirilir
və növbəti günlərdə oxucularımıza təqdim edəcəyik.

Qarşı
tərəfin mövqeyini dərc etməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=14171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728