Hökumət benzinin qiymətin qaldırır
günündə – 5-də Azərbaycanda benzin bahalaşa bilər. Bu barədə artıq
Dövlət Neft Şirkətinin təklifləri Tarif (Qiymət) Şurasına təqdim edilib.
Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.
bildirir ki, dünya bazarında neftin ucuzlaşmasından büdcəyə dəyən
ziyanı kompensasiya etmək üçün hökumət ilk növbədə yanacaq məhsullarının
qiymətini qaldırmaq niyyətindədir: “Qeyri-neft sektoru bu itkiləri
kompensasiya etmək gücündə deyil. Ona görə də hökumət bu itkiləri elə
qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu çox
riskili bir addımdır. Çünki yanacağın bahalaşması avtomatik olaraq
hərəkətin bahalaşmasına, bu isə bütün ölkə üzrə bahalaşma dalğasının
güclənməsinə səbəb olacaq. Neftin dünya bazarında ucuzlaşmasının
Azərbaycan neqativ təsirləri fonunda bu addım iqtisadi böhrana gətirib
çıxara bilər. Ancaq hökumətin başqa yolu da qalmayıb. Büdcə 70 faiz neft
gəlirlərindən asılıdır.”
Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-də bahalaşıb. AI-95
benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, AI-92 və AI-80
markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70
qəpik müəyyən edilib. 2015-ci il yanvarın 5-dən AI-95 benzininin
pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, AI-92 və AI-80 markalı
avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik
həddində müəyyən ediləcəyi gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14172