Rüşvətə görə həbs edilən polis işinə qaytarıldı

05.12.2014 - 01:58

İki gün öncə “avtoşdan” rüşvət aldığına görə həbs olunması xəbəri yayılan yol polisi hazırda iş başındadır. Cumhuriyyet.az-ın
aznews.az-a istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi
Şöbəsinin (DYPŞ) əməkdaşı Rəşad Quliyev gözlənilmədən öz postuna
qaytarılıb. Xəbəri dəqiqləşdirməkdən ötrü AzNews.az-ın əməkdaşı təqsirli
bilinənən şəxsin özü – Rəşad Quliyevlə əlaqə saxlayıb. O, həqiqətən də
işə çıxdığını təsdiqləyib. Rəşad Quliyev bildirib ki, barəsində yayılan
xəbərlər doğru deyil:”Yalan söhbətdi. Mən
məzuniyyətə getmişdim. Sonra bildim ki, mənim barədə belə məlumat
yayılıb. Heç biri doğru deyil. Yalnış məlumatdır. Nəsə anlaşılmazlıq
olub”. Qeyd edək ki, yol polisinin rüşvət üstündə həbs olunması ilə
bağlı məlumatı rəsmən təsdiqlənmişdi. 
Xatırladaq
ki, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ)
inspektoru Rəşad Quliyev vəzifə səlahiyyətlərini aşaraq, rüşvət alarkən
В«iş başındaВ» yaxalanıb. Avtosifer.az saytının yaydığı məlumata görə,
avtoxuliqanlıq əməlinə görə saxlanılan sürücüdən 500 manat rüşvət
istəyib. Sürücü bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib və
əməliyyat planı hazırlanıb. Əməliyyat nəticəsində R.Quliyev həmin
sürücüdən rüşvət alarkən iş otağında həbs olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=14173

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728