İŞİD-in cəza sistemi
Sotliraq İraq agentliyinin
şahidlərə istinadən yaydığı xəbərə görə, İslam Dövləti təşkilatı Kərkük
yaxınlığındakı al-Zab qəsəbəsində meydanda falaqqa qurub və bir gənci 40
şallaqla cəzalandırıb. Həmin gənc İD lideri Abu Bəkr əl-Bağdadini
təhqir etməkdə günahkar bilinib.İslam Dövləti Suriya və İraqda nəzarətindəki ərazilərdə qoyduqları
şəriət qaydalarına uymayanlara qarşı geniş şəkildə ictimai yerlədə
şallaqlama cəzaları təşkil edir.
Yerli sakinlər agentliyə bildirirlər ki, yaraqlılar onlara tabe olmaq
istəməyənlərin gözünü qorxutmaq üçün bu cəzalara geniş əl atırlar və bu
da yerli sakinlərin daha çox narazılığına səbəb olur. İyun ayından bəri Kərkük ətrafına nəzarət edin İslam Dövləti yaraqlıları dəfələrlə bu cür cəzalara əl atıblar. Sentyabrda al-Zabda bir mühəndisin boynu meydanda vurulub, noyabrda
bazarda iki gənci Bağdad hakimiyyətinə işləməkdə ittiham edərək asıblar.
Burdan başqa Suriyanın Raqqa şəhərində İD-in qoyduğu musiqiyə qulaq
asmaq, mahnı oxumaq və siqaret çəkmək qadağalarına görə son bir neçə
ayda onlarla adam ictimai yerdə şallaqlama, bədən üzvlərinin kəsilməsi
və edam cəzaları alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14174