Polisi döyən general qohumları gizlədilir

05.12.2014 - 02:23
Məşhur generallar bu biabırçı olayda adlarının mətbuatda
hallandırılmaması üçün “qardaş və bacıoğlanları”nı qospitalda yatan
polis zabitinin yanına minnətə və bazarlığa yollayıblar ki, ” barışıq
sazişi” bağlayaq

 
Bir neçə gün öncə cumhuriyyet.az qafqaznews saytına istinadən “Generalın qoyumları Bakının mərkəzində polisi döydü” başlıqlı xəbər yaymışdı.
Xatırlatma üçün bildirək ki, 15 noyabr 2014- cü il tarixdə gecə saat
23:30 radələrində Səbail rayonu Xaqani küçəsində yerləşən “Sultan”
restoranında dava baş verib. Dava zamanı 9 nəfər şəxs polis zabitinə hücum edərək onun burun
nahiyyəsini iki yerdən sındırıb. Hadisə ilə bağlı qafqaznews.az-ın əldə etdiyi yeni məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:
“Dava nəticəsində polis zabiti ağır
xəsarətlər və kəllə-beyin travması alıb. Polis zabiti hazırda Daxili
İşlər Nazirliyinin qospitalında ağır vəziyyətdədir. Mənbə bildirib ki, içkili vəziyyətdə
olan qarşı tərəf təkcə polisin burnunu sındırmaqla kifayətlənməyərək
onun cibindən polis vəsiqəsini və 910 manat pulunu götürüblər.

Polisə hücum edən şəxslərin arasında iki nəfər polis və dörd nəfər
gömrük işçisi var. Ən dəhşətlisi odur ki, “hücum edənlər” ölkəmizin 3
məşhur generallarının qardaş və bacısı oğlanlarıdır.
Məşhur generallar bu biabırçı olayda adlarının mətbuatda
hallandırılmaması üçün “qardaş və bacıoğlanları”nı qospitalda yatan
polis zabitinin yanına minnətə və bazarlığa yollayıblar ki, ” barışıq
sazişi” bağlayaq. Ancaq polis zabiti qəti şəkildə etiraz edərək qanuni
şəkildə axıradək öz davasını aparacağını bildirib.
Biz baş verən olayı araşdırmaq qərarına gəldik. Bunun üçün ilk öncə
döyülən polis zabitinin adını , soyadını və vəzifəsini dəqiqləşdirməyə
çalışdıq. Döyülən zabit Yasamal rayon yol polis şöbəsinin kapitanı Rövşən
Həsənovdur. Bunları dəqiqləşdirmək üçün Yasamal RPİ-ə müraciət etdik. İdarənin növbətçisi Mustafayev (adını söyləmədi ) bizə bildirdi ki,
həqiqətən də Rövşən Həsənov Yasamal rayon yol polis şöbəsində işləyir: ”
Ancaq hazırda o qospitalda müalicə olunur”.
Müxbirimizin “O, nə üçün qospitala düşüb” sualına Mustafayev “Bilmirəm” deyərək dəstəyi asdı.
Hadisənin Səbail
rayonu ərazisindəki “Sultan” restoranında baş verdiyi qeyd olunduğu üçün
Səbail RPİ ilə əlaqə saxladıq. Səbail RPİ-nin istintaq şöbəsinin rəisi Müslüm Quliyev xəbəri təkzib
edərək bildirdi ki: “Heç kim polis kapitanı Rövşən Həsənovu “Sultan”
restoranında döyməyib. Əgər belə bir hadisə baş vermiş olsaydı, mən
yəqinki bilərdim”.
Biz qərara gəldik ki, Səbail rayon prokurorluğunun münasibətini öyrənək.
Rayon prokurorunun köməkçisi Əhməd Məmmədov heç bir səbəb göstərmədən müxbirin sualına cavab verməkdən imtina edib. Biz prokurorluğun dəftərxanası ilə əlaqə saxalamağa məcbur olduq.
Dəftərxananın müdiri Fərqanə xanım ( soyadını demədi ) bizə bildirdi ki,
polis kapitanı Rövşən Həsənovun döyülməsi ilə bağlı rayon
prokurorluğunda araşdırma gedir və təhqiqatı müstəntiq Allahyar Əliyev
aparır. Allahyar Əliyevin telefonu söndürüldüyü üçün onunla əlaqə saxlaya bilmədik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728