PKK-İŞİD savaşı Azərbaycanda
Qaraçuxur məscidini yandıran
“APO”çuların məqsədi xəvariclərə mesaj göndərmək olub
Bakıda
Qaraçuxur məscidini yandıran PKK-çılar haqda xəbərlər səngimir. Terror
təşkilatının “Yekbun” qanadını təsis edən Namiq Nəsibov və Elnur
Ələkbərovun sələfilərin toplaşdığı ibadət evini yandırmağa cəhd etməsi
bir sıra mətləbləri aydınlaşdırıb. Əvvəla, ölkədə PKK tərəfdarı olan
qüvvələrin sayca az da olsa mövcudluğu təsdiqlənib. Digər tərəfdən,
Suriyanın sərhəd şəhəri Kobanidə PKK və “İslam dövləti” qruplaşmaları
arasında gedən savaş ölkəmizə ayaq açıb. Çünki N.Nəsibov Suriyadan
qayıtdıqdan sonra “Yekbun”u elan edib və Qaraçuxur məscidini də məhz
xəvariclərin, İŞİD meylli dindarların olduğuna işarə edərək yandırmağa
cəhd edib.
Bəzilərinin fikrincə, məscid tamamilə yansaydı və orada ölən olsaydı,
radikal qüvvələr arasında savaş qızışa bilərdi. Onu da demək yerinə
düşər ki, Azərbaycan kürdlərinin tanınmış nümayəndələri, rəsmi
qeydiyyatdan keçmiş icmaların rəhbərləri N.Nəsibova dəfələrlə
xəbərdarlıq ediblər. Ona hərəkətlərinə son qoymağı və qeyri-leqal
təşkilatdan imtinanı təklif ediblər, Azərbaycan kürdlərini leqal bir
təşkilatda birləşməyə çağırıblar. Ancaq N.Nəsibov çağırışlara məhəl
qoymayıb və buna görə də “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr
müavini vəzifəsindən qovulub. Ardınca Suriyaya gedib və geri dönən kimi
“Yekbun”u təsis edib.
“Ronahi” mərkəzinin rəhbəri Fəxrəddin Paşayev baş verənlərlə bağlı
“Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda kürdlərə qarşı
heç bir basqı yoxdur. Onun sözlərinə görə, N.Nəsibov mərkəzdən qovulub və məscidi
yandırmağa qalxan qüvvələr Azərbaycanı, kürdləri istəməyənlərin işidir.
F.Paşayev bildirdi ki, mərkəzdən xaric edilənlər arasında təkcə
N.Nəsibov olmayıb və onunla birlikdə bir neçə nəfər kənarlaşdırılıb: “Mən kürdləri “Ronahi” mərkəzi ətrafında sıx birləşməyə çağırıram.
Bu cür hərəkətlər həm kürdlərə, həm Azərbaycana zərər gətirir. Namiq
Nəsibovla bizim uzun müddətdir ki, əlaqələrimiz yoxdur və onu
təşkilatdan çıxarmışıq. Çox təəssüf ki, belə bir hərəkət ediblər.
görmürəm. Əgər belə bir hal varsa, hüquq-mühafizə orqanları mütləq
araşdıracaqlar. O cümlədən Namiq Nəsibovun da cinayəti istintaq zamanı
araşdırılıb, obyektiv nəticəyə gəlinəcək. Onların bizim cəmiyyətlə heç
bir əlaqəsi yoxdur”. Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi
qarşısında etiraz aksiyaları keçirmək planı olub. Onlar bu aksiyalarda
qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm diqqəti İŞİD probleminə
yönəltmək, həm də məsciddə xəvariclərin olduğuna işarə vermək
istəyiblər.
Bildirək ki, N.Nəsibovun anası Nailə Nəsibova oğlunun içki düşkünü
olduğunu açıqlayıb: “Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı
şəhərinin bir neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasında çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub”. Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş
antiterror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun
Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən
Azərbaycan vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur
Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən “Makarov” tipli
tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən
“Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb.
aylarında PKK terror təşkilatının nəzarətində olan Suriya ərazilərinə
gedərək oradakı döyüşlərdə iştirak edib.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14181