Tovuzda TSEK maxinasiyaları
Arif Səmədov ondan xəstəlik qrupu istəyən
xəstələrə qarşılığında onu razı sala bilməyən xəstələri şantaj edir,
onları tutdura biləcəyi ilə hədələyir
Tovuz
28 saylı TSEK-in sədri barədə KİV-də onlarla tənqidi məqalə dərc
olunur. Amma hansısa səbəbdən dərc olunan məqalələrin tərəfləri ilə
bağlı hər hansı tədbir görülməyib. Arif Səmədovdan yazılan tənqidi
məqalələr həm də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim
Müslümovdan dərc olunmuş hesab edilməlidir. Çünki 28 saylı Tovuz TSEK-in
sədri Arif Səmədovdan yazılan bütün tənqidi yazılara görə ƏƏSM naziri Səlim Müslümov da məsuliyyət daşıyır.
Birincisi
ona görə ki, Arif Səmədovu təyin edən də, onu işdən çıxaran da
nazirdir. Bu səbəbdən nazirin də məsuliyyəti var. İkincisi isə sabah
Arif Səmədovun əməllərinə verilən istənilən hüquqi qiymət yenə
nazirliyin adı ilə bağlanacaq. Niyə bunları qeyd edirik? Ona görə ki,
tutarlı əsaslardan biri odur. Arif Səmədov ondan xəstəlik qrupu istəyən
xəstələrə qarşılığında onu razı sala bilməyən xəstələri şantaj edir,
onları tutdura biləcəyi ilə hədələyir. Fikirləşmir ki, onun əlindən
bezən xəstə hüquq mühafizə orqanına müraciət edə bilər və vəziyyət
Füzuli Ələkbərovun dövrünə bərabər tutular. Səlim Müslümovun adı
hallanar, ölkə ilə bir olar.
İkinci
başlıca arqument ondan ibarətdir ki, onu qane etməyən pulu götürmür.
Dolayısı yollarla xəstəni get-gələ salır, kənar şəxslərin dili ilə
istəyini xəstəyə çatdıra bilir. Bu səbəbdən təkrar komissiyaya gələn
2-ci qrup xəstələrdən aldığı rüşvətin həcmini 150-200 manata qaldırıb.
Bu isə ətraf rayonlarla müqayisədə böyük rəqəmdir. Məsələn: 2 il bundan
qabaq təkrar komissiyaya müraciət edən 3-cü qrup xəstərlərdən 50 manat
tələb olunurdusa, bu rəqəm hazırda Tovuz 28 saylı TSEK-də 100 manata
qaldırılıb. Bunu xəstələr bilir və onların narazılıqları haqlıdır.
Nəzərə alanda ki, gün ərzində 50-60 xəstə təkrar komissiyadan keçir və
onların hər birindən orta hesabla 100 manat alınır onda Tovuz 28 saylı
TSEK-də 5-6 min manat aralığında rüşvət yığılır. Əlavə olaraq, ilkin
komissiyaya müraciət edən istənilən bir xəstədən min manat alınır. Onda
Arif Səmədovun gün ərzində 7 minə yaxın, ay ərzində isə 100 min manat
rüşvət topladığı müəyyən olunar. İki vur iki olan bu həqiqətlərin
qarşılığında Arif Səmədovun ondan narazı xəstələri məhkəmə və ya hüquq
mühafizə orqanlarının adı ilə qorxutması yersizdir. Bundan başqa, Tovuz
rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun da arxası ilə
danışmaq onun üçün ümumiyyətlə xoşagəlməyən şəkildə nəticələnə bilər.
Düzdür, bir az əvvəl KİV Arif Səmədovu Tofiq Zeynalovun adamı kimi
qələmə verdi. Görünür, bundan ehtiyatlanan Arif Səmədov Tofiq Zeynalov
əvəzlənəcəyi tədqirdə zərbə ala biləcəyindən ehtiyatlanaraq özünü
hardasa gələcək üçün sığortalayır. Bəlkə də özünə yeni “krişa” tapıb.
Məlumat
üçün bildirək ki, hazırda ƏƏSMN müavini Natiq Məmmədov, şöbə müdiri
Saday Abdullayev və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzindən
Neyman həkim Arif Səmodovu lazımınca müdafiə edir, Tofiq Zeynalova daha
ehtiyac qalmır. Çünki hazırda Arif Səmədovdan tibb bacısı Samirə Famil
qızı və bir neçə xəstə şikayət edir. Çünki Arif Səmədov iki tibb
bacısını işdən çıxartdı. Sonradan Ruhiyyə adlı tibb bacısının pulunu
alıb onu işinə qaytardı. Samirə xanım isə işindən kənarlaşdırıldı.
Bundan sonra bir çox xəstələr kimi Samirə Famil qızı da Arif Səmədov
tərəfindən hədələnib. Arif Səmədov işçilərinin yanında Samirə Famil
qızının ünvanına təhqiramiz ifadələr işlədib. Bunu isə hansısa şəxs tibb
bacısına çatdırıb. Bundan sonra tərəflər bir-birini ittiham etməyə
başlayıb. Həmçinin Qovlar kəndindən 28 saylı Tovuz TSEK-in sədri Arif
Səmədovdan şikayət edənlər sırasında Səfərova Rəsmiyyə Zaman qızı, o
cümlədən Hümbətov Mais Nadir oğlu Səlim Müslümovun rəhbər olduğu
nazirliyə, Prezident Aparatına, əlaqədar orqanlara haqlarını bərpa etmək
üçün şikayət edirlər. Amma buna nail ola bilmirlər. Düzqırıqlı kənd
sakini Səmədov Mədət Hüseyn oğlu da Arif Səmədovdan şikayətçidir. Onun
da müxtəlif yerlərə, Səlim Müslümovun özünə belə etdiyi şikayətlərə
baxılmır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14185