Türkiyə qəzeti Azərbaycandan üzr istədi
Türkiyənin “Sabah” qəzetinin internet saytı ötən gün yayımlanan yazıda
ermənilərin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
ayrıca dövlət kimi göstərilməsinə aydınlıq gətirib. Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran “sabah.com.tr” saytının
baş redaktoru İsa Tatlıcan bunun yanlışlıq olduğunu və aradan
qaldırıldığını bildirib: “Səhvən hazırlanmış agentlik xəbərində işğal altındakı Dağlıq Qarabağ
bölgəsi müstəqil dövlət olaraq göstərilib. Telefonla edilən
xəbərdarlıqdan sonra bu, redaktorlarımız tərəfindən anındaca yayından
çıxarılıb. Qardaş ölkə Azərbaycan üçün həssas olan məsələlər bizim də
həssaslığımızdır. Bunun qəsdən edilməsi əsla düşünülməsin. Zatən xəbərin
mövzusunun da Azərbaycanla bir əlaqəsi yoxdur. Tamamilə agentlik
qaynaqlı bir xəta səbəbi ilə baş verən bu kiçik yanlış anlaşılmaya görə
üzr istəyirik”, – deyə İ. Tatlıcan qeyd edib.
Qeyd edək ki, “Sabah” qəzetinin internet saytında “3 Başkenti, 11 resmi
dili ve 5 dilde ulusal marşı var!” başlığı altında getmiş məqalədə “İşte
dünyadaki ülkelerin isimleri listesi” adlı bölmədə 37-ci sırada
Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayəti müstəqil
dövlət kimi göstərilib. Az sonra həmin yanlışlıq aradan qaldırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14190