Gic erməninin bicliyi

05.12.2014 - 13:53

İrəvan press-klubunun sədri hansısa Boris Navasardyan dərin elmi
tədqiqat aparıb. Xüsusi keçirdiyi konfransda dediyi sözlərinə görə,
çoxaylıq zəhmətdən sonra o aşkar edib ki, Azərbaycanda dərc olunan
məqalələrin 54,7%-də ermənilərə münasibətdə düşmənçilik ifadələri yer
alır. Yumşaq dillə deyilsə, Navasardyan yalan danışır. Düşmənçilik ifadələri
erməni xalqına qarşı deyil, onların Dağlıq Qarabağda münaqişə başlamış
və bu gün də müxtəlif təxribatlar törətməkdə davam edən liderlərinə və
millətçi siyasətçilərə qarşı yönəlib.
Bu gün təkcə Bakıda Azərbaycanın on minlərlə erməni milliyyətindən olan
vətəndaşı yaşayır, işləyir, oxuyur və istirahət edir. İrəvanda isə hətta
gündüz əlində çıraq belə bir dənə də azərbaycanlı tapmaq olmur, halbuki
yaxın zamanlarda şəhərin əhalisinin yarıya qədərini məhz
azərbaycanlılar təşkil edirdi. Erməni milliyyətçilərini ifşa edən məqalələrin sayı şəxsən məni qane
eləmir. 54,7 faiz çox azdır, gərək iki dəfə çox olaydı. Bunu o vaxta
qədər eləmək lazımdır ki, Ermənistanın hakimiyyət sahiblərinin və
siyasətçilərinin başından başqa ölkələrin ərazisinin hesabına hansısa
dənizdən dənizə Böyük Ermənistan yaratmaq xülyası çıxsın.
Buna görə, erməni liderləri ikinci erməni dövləti yaratmaq üçün
Azərbaycanın Dağlıq Qarabağ regionunu tutmaq qərarına gəliblər, yəqin
daha sonra üçüncü və dördüncü erməni dövləti də yaratmaq istəyirdilər.
Alınmadı, dünya bunu qəbul eləmədi. Bu avantüranı başlayanlarin yəqin bu
gün qəlbini şübhə dağıdır. Bu addımı düz atıb-atmadıqları barədə dəqiq
qərara gələ bilmirlər. Qorxularından bu məsələni öz xalqlarından
gizlədirlər. Xalq xəbər tutsa, onları bütün vəzifələrdən siləcək,
bəzilərini isə bu yaxınlarda Avropa standartları ilə tikilmiş həbsxanaya
dolduracaqlar.
Həbsxananın açılışına hətta Serj Sarkisyan öz əlaltıları ilə birlikdə
gəlmişdi. Ümumiyyətlə, bu, nonsensdir. Dövlət başçıları adətən hansısa
mədəni mərkəzin və ya yeni iri müəssisənin açılışına qatılırlar. Amma
təəssüf ki, bu gün Ermənistanda açmağa heç nə yoxdur. Ermənistan
prezidenti isə sanki rəsmi mərasimə qatılmaqla bildirir ki, azadlıqda
həyatı çətin olanlar üçün Avropa rahatlığına, komfortuna malik həbsxana
tikilib.
Özünü alim kimi göstərən Navasardyana məsləhət vermək lazımdır ki, gedib
erməni mətbuatının tədqiqatı ilə məşğul olsun.Orda maraqlı şeylər
çoxdur. Məsələn, ermənilərin Xocalıda və başqa yerlərdə öldürdükləri
azərbaycanlılara və Azərbaycana qarşı düşmənçilik ifadələrini araşdırsa
daha yaxşı olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14191

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930