Bakı-Sumqayıt marşurutunda qiymət 2 dəfə qalxdı: 1 manat!

05.12.2014 - 16:27

Bakıdan Sumqayıta getmək istəyən sərnişinlər bir sıra
problemlərlə qarşılaşırlar. Bu problemlərdən biri də sərnişin daşıyan
mikroavtobus sürücüləri tərəfindən qiymətlərin süni şəkildə
artırılmasıdır. Cumhuriyyet.az xezerxeber.com-a
istinadən xəbər verir ki, axşam olan kimi Bakının 20 Yanvar dairəsindən
mikroavtobuslarla Sumqayıta gediş qiymətləri qalxır. 50 qəpik ödəməli
olan sərnişinlərdən 1 manat tələb olunur.Süni qiymət artımı
sərnişinlərin sıxlaşmasından sonra özünü göstərir. Sərnişinlər də
soyuqda gözləməmək üçün məcbur olaraq 1 manat ödəyirlərGündəlik
Bakı-Sumqayıt yolunu gəlib gedənlər nəqliyyat xərclərinin artmasından
narahatdır.

Nəqliyyat Naziriliyinin mətbuat
katibi Namiq Həsənov bildirib ki, vəziyyətdən xəbərləri var və süni
qiymət artıran sürücülərə qarşı mübarizə tədbirləri həyata keçirilir və
bu sürücülər cəzalandırılacaq. Üstəlik 20 Yanvar dairəsindən Sumqayıta
avtobus və mikroavtbusların hərəkəti qadağandır. Sumqayıta avtobuslar
Beynəlxalq Avtovağzaldan çıxmalıdır.
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=14202

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728