Xədicə İsmayıl həbs olundu
Bu il fevralın 17-də Xədicə İsmayıl В«facebookВ»
şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid
olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət
partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist ona bu
materialı hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin
2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində
Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət
işi başlanıb.
Həmin materialda öz adının hallandığını iddia edən Elman
Türkoğlu da Xədicə İsmayılı məhkəməyə verib. O, iddia ərizəsində
jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə
cəlb olunmasını istəyib.
Bu iddia üzrə oktyabrın 9-dan bəri Binəqədi rayon Məhkəməsində proses gedir.
Prokuror Xədicə İsmayıl barəsində 3 ay
həbs-qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə müşavirəyə gedib və 2
saatdan çox vaxt keçsə də müşavirədən qayıtmayıb.
Məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verdi
Short URL: http://www.cumhuriyyet.net/?p=14208