Xədicə İsmayılın həbsinə ATƏT-dən reaksiya

05.12.2014 - 21:24

ATƏT: В«Xədicə İsmayılın həbsi Azərbaycanda azad mediaya təzyiqlərin son nümunəsidirВ»

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja MijatoviД‡ Azərbaycanda jurnalist Xədicə İsmayılın həbsini pisləyib.

В«İsmayılın həbsi yalnız qorxutma kampaniyasının idarə olunmasıdır,
bu, onun azad və tənqidi səsini susdurmağa yönəlmiş kampaniyanın bir
hissəsidirВ», – MijatoviД‡ deyib.

В«Azərbaycan hakimiyyətini media azadlığına zidd olan bu təcrübəni dayandırmağa çağırıramВ», – MijatoviД‡ sözlərinə əlavə edib.

Bəyanatda daha sonra son bir neçə ay ərzində həbsə atılmış
jurnalistlər Seymur Həzi, Pərviz Həşimli, bloqqerlər Əbdül Əbilov, Ömər
Məmmədovun və digərlərinin adları sadalanır.

MijatoviД‡ bəyanatı Bazeldən, ATƏT Nazirlər Şurasının 21-ci toplantısından verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14212

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728