ABŞ Rusiyaya qarşı ikinci “soyuq müharibə”yə rəsmən start verdi
Arzu Nağıyev: “SSRİ-nin dağıdılması prosesində istifadə edilən taktika burada da öz əksini tapır”
ABŞ Konqresi Rusiya əleyhinə
758 saylı qərar qəbul edib. “Rusiyanın səsi” radiosunun məlumatına
görə, bu qərar ABŞ prezidentinə Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı
embarqo qərarları qəbul etmək səlahiyyətləri verir. Qərarda Rusiyanın
yüksək vəzifəli məmurlara sanksiya tətbiq edilməsi və xarici banklardakı
hesablarının dondurulması, o cümlədən rusdilli ölkələrdə Amerika
yayımlarının bərpa olunmasını nəzərdə tutur.
başqa, sənəddə Ukrayna hakimiyyətinin müdafiə və kəşfiyyat sahəsində
dəstəklənməsi, eləcə də “Rusiyaya qarşı embarqo koalisiyasına” qoşulması
üçün digər ölkələrə təzyiq edilməsi qeyd olunur. ABŞ Konqresinin üzvü
Dennis Kucinich qərarı Rusiyaya qarşı “soyuq müharibə” elan olunmasına
bərabər addım kimi dəyərləndirib.
kəşfiyyatı isə Qərbin Rusiyada dövlət çevrilişi hazırladığını bəyan
edib. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov bildirib ki,
onlarda ABŞ-ın Putini devirmək planı haqda məlumat var.
hazırlaşır, məqsədli şəkildə sanksiyalar tətbiq edir və neftin qlobal
qiymətinə təsir göstərməklə rus rublunun dəyərini azaltmağa çalışır”.
həmçinin qeyd edib ki, neftin qiymətinin son dövrlər 30 faiz aşağı
düşməsinin arxasında məhz Birləşmiş Ştatlar dayanır. Rusiyanın əsas
ixracat məhsulunun qiymətində bu qədər enmənin olması rublun dəyərinə
böyük zərbə vurub. Bu il rus rublu dollara nisbətən 39 faiz dəyərini
itirib.
dəyərləndirən politoloq Arzu Nağıyev Konqresin qərarını Rusiyaya
əleyhinə bir sıra istiqamətlərdə zərbə vurmağa hesablanmış ciddi sənəd
sayır: “Bununla da soyuq münasibətlər pik nöqtəsinə çatdı. Bu
qətnamənin müddəaları əsasən Ukraynadakı vəziyyətlə əlaqədar ABŞ
prezidentindən Rusiya ilə bağlı kəsərli tədbirlərin qəbul edilməsi
tələblərindən ibarətdir. Yəni qətnamə əsasən Ukrayna üzərində köklənib.
Eyni zamanda qətnaməyə əsasən ABŞ və onun tərəfdaşları tərəfindən
rusiyalı məmurlara qarşı yeni sanksiyalar tətbiq edilməli və onların
xarici banklardakı vəsaitləri dondurulmalıdır. Maraqlı bir məqam da odur
ki, SSRİ вЂ“nin dağıdılması prosesində istifadə edilən bir taktika burada
da öz əksini tapır. Rusiya və rusdilli dövlətlər üçün ABŞ tərəfindən
yayım vasitələri yaradılır. Bu sırf təbliğat vasitəsi olmalıdır. Yəni bu
qətnamə birmənalı şəkildə Rusiya əleyhinə qəbul edilən və rəsmiləşən
sənəddir. Bundan başqa Rusiyanın NATO ilə əlaqələrinə xitam verilir,
diplomatik təzyiqlərdən başqa Ukraynaya kəşfiyyat və müdafiə xarakterli
məlumatların və qurğuların ötürülməsini mümkün edir. Əsas məqsədlərdən
biri də ABŞ-ın digər dövlətlərə də Rusiyaya sanksiyalar tətbiqi üçün
tövsiyə və hətta təzyiq olunmasının istisna edilməməsidir. Yəni
“antirusiya sanksiya koalisiyası” yaradılır”.
hadisənin Rusiyaya qarşı ikinci “soyuq müharibə” olduğunu xatırladan
ekspertin fikrincə, başladılan proses nəinki Rusiya, o cümlədən regionun
digər ölkələrini, həmçinin Cənubi Qafqazı da əhatə edəcək:
“Qətnamənin məhz Rusiya prezidentinin xalqa müraciəti günü qəbul
edilməsi də simvolik xarakter daşımır və düşünülmüş bir addımdır. Onun
təsiri əlbəttə ki, Azərbaycandan da yan ötməyəcək, birbaşa olmasa da
qismən təsirini göstərəcək. Əlbəttə ki, Rusiya bizim yaxın qonşumuz və
bir sıra geosiyasi məsələlərin həllində mühüm rol oynayan dövlətdir.
Düşünürəm ki, ABŞ-n Azərbaycanda səfirinin təyinatından sonra bu
münasibətlərə aydınlıq gətiriləcək. Bu gün isə Azərbaycanda ABŞ
tərəfindən elə bir təzyiq hiss edilmir. Hətta müəyyən gərginlik varsa da
bunu ancaq Rusiya ilə əlaqələndirmək düzgün olmazdı. Bunun bir
diplomatik gediş olmasını da istisna etmək olmaz”.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14213