Sarkisyan erməniləri satıb
Ermənistan parlamentinin Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə
qərarı ratifikasiya etməsi İrəvanda kütləvi nümayişlərlə müşaiyyət
olunmaqdadır. 103 nəfərin lehinə, 7 nəfərin əleyhinə və bir nəfərin
bitərəf qaldığı səsvermənin nəticəsini erməni müxalifəti xəyanət sayıb.
ANS PRESS-in məlumatına görə, İrəvanda keçirilən mitinqdə çıxış edən
“İrs” partiyasının sədr müavini Armen Martirosyan Sarkisyan
hakimiyyətini Ermənistana xəyanət etməkdə ittiham etməklə yanaşı
müxalifəti də buna seyrçi qalmaqda günahlandırıb:
“Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasına səs verənlər nə
qədər xəyanət ediblərsə, bizim də qeyri-legitim hakimiyyətə ölkəni
Rusiyaya satmağa imkan verməyimiz də bir o qədər xəyanət sayılmalıdır.
Buna görə, biz hamımız satqın sayılmalıyıq. Çünki Avrasiya İqtisadi
Birliyinə daxil olmağımıza görə. hamımız məsuliyyət daşıyırıq”.
Onun sözlərinə görə, Ermənistanı məhv etməkdən xilas etmək üçün
Sarkisyan hakimiyyəti devrilməlidir: “Bu vəziyyətdən çıxış yolu bütün
müxalifət bir araya gəlib növbədənkənar parlament və prezident
seçiilərinin keçirilməsinə nail olmalıdır. Biz hakimiyyəti dəyişə
bilməsək, Ermənistanın maraqlarına uyğun xarici siyasət apara
bilməyəcəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14216