Avtoritetlərin davası: 3 ölü
Moskvanın şərqində üç nəfərin meyidi yanmış avtomobildə aşkar edilib.
ANS PRESS-in məlumatına görə, “Reno Loqan” və “Nissan Primera”
avtomobillərinin alışması haqqında polisə çağırış gecə saat 3-də daxil
olub.
Alovun qarşısını on dəqiqədən sonra ala biliblər. Avtomobillərə baxış
zamanı salonda üç insanın cəsədi aşkarlanıb. Cəsədləri tanımaq mümkün
olmayıb. Polis ehtimal edir ki, ölənlərin cəsədləri kriminal
qruplaşmaların üzvlərinə aiddir. Elə hadisəyə də səbəb kriminal
qruplaşmalar arasında mübarizənin nəticəsidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14217