Yeni doğulan körpə görənləri şoka saldı
Yeni doğulan 6.2 kiloqramlıq körpə hamını təəccübləndirib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kolorado əyalətinə bağlı San Luis
Valley xəstəxanasında 6.2 kiloqram ağırlığında dünyaya gələn körpə hər
kəsi çaş-baş qoyub. Nəhəng körpənin boyu 55.8 santimerdir.
“USA Today” qəzeti həkimlərin doğum əvvəli körpənin çəkisinin kilosunu
təxminən 3.1 kiloqram olaraq hesabladığını yazıb. Nəfəs alma çətinliyi
çəkən Mia Yasmin Qarsia adlı qız uşağının müalicəsi başqa xəstəxanada
aparılacaq.
Doğuş zamanı tibb bacısının körpənin dünyaya gəlişi əsnasında hay-küy qaldıraraq yoldaşlarından kömək istədiyi bildirilir.
Daha əvvəlki doğuşlardan dörd qız uşağı sahibi olan Mianın atası
Françisko Qarsia oğlan uşağı istədiklərini, lakin Allahın onlara beşinci
qız uşağının verdiklərini söylədi. Ata Qarsia xəstəxana
səlahiyyətlilərini də günahlandırıb: “Bizə normal bir doğuş
olacaqlarını, uşağın çəkisinin nə qədər olacağını da söylədilər.
Yüzdə-yüz yanılma olar?. Hər şeyə baxmayaraq bu qız uşağımız ilə də
qürur duyuruq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14218