Azərbaycan maşın ixrac edəcək
Gəncədə Minsk Avtomobil Zavodu ilə birgə istehsal olunan avtomobilllər Türkmənistana satılacaq
Gələn aydan etibarən Gəncdə Avtomobil Zavodunda istehsal olunan kənd təsərrüfatı texnikası – traktor Qazaxıstana göndəriləcək.
Fevralda isə Gəncədə Minsk Avtomobil
Zavodu ilə birgə istehsal olunan avtomobilllər Türkmənistana ixrac
olunacaq. Zavodun müşahidə şurasının sədri Xanlar Fətiyev dekabr ayından
cəmi 12 maşın istehsal edib göndərdiklərini deyir.
Fevral
ayında isə gözlənilir ki, 50-55 maşın da Türkmənistana ixrac olunsun
.Gəncə Avtomobil Zavodu 2004-cu ildə fəaliyyətini bərpa edib.
Ötən
il ərzində müxtəlif ölkələrin şirkətləri ilə bağlanan müqavilələr
çərçivəsində Gəncədə minik avtomobilləri ilə yanaşı, müxtəlif
modifikasiyalı kənd təsərrüfatı texnikası da istehsal olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=14219