Seçicilər sevimli namizədlərini yağışlı havada da tək qoymadı

01.02.2020 - 20:46

Məşhur kardiocərrah, deputatlığa namizəd Rəşad Mahmudov bu gün Pəlikəş kəndinin sakinləri ilə görüşüb. Havanın yağışlı olmasına baxmayaraq, seçicilər sevimli namizədlərini bu havada da tək qoymayıb.

 

Cumhuriyyet.az xəbər verir ki, görüşdə dağ kəndlərinin bugünkü durumu, həyata keçirilən abadlıq prosesi, ucqar dağ kəndlərində yaradılan yüksək infrastruktur həm R.Mahmudov, həm də kənd saknləri tərəfindən yüksək qiymətləndirilib. Görüşdə ölkə başçısının onlara qayğısından məmnunluqla söz salan kənd sakinləri, buna görə prezident İlham Əlyevə təşəkkür edib,  9 fevral seçkilərində də YAP namizədinə səs verəcəklərini bildiriblər.

 

R.Mahmudov sosial şəbəkədəki hesabında görüşlə bağlı təəssüratlarını bölüşüb, seçicilərə bir daha öz minnətarlığını çatdırıb:

 

“Növbəti görüşüm rayonun ən ucqar dağlıq ərazisi, füsunkar təbiəti olan Pəlikəş kəndində oldu. Var olduğu tarix boyu yolu və işığı olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərimizə elektrik xətti çəkilmiş, yollar salınıb və bu işlər davam etməkdədir. Geniş müzakirələrin və qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşün sonunda seçicilərim bir daha mənə səs verəcəklərini bildirdilər.

TƏŞƏKKÜRLƏR, PƏLİKƏŞ!!!”

 

Seymur ƏLİYEV

 

 

 

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142201

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930