Hüsnü Mübarəki devirən, İŞİD-ə baş kəsdirən sehr
Yaxın Şərq üçün əsl
dəhşətə çevrən pereparat haqda şok faktlar
Dünyanın ən qorxunc terror təşkilatına çevrilən İŞİD-in
başkəsənlər ordusunun hər gün qadın, uşaq, yaşlı demədən İraq və
Suriyada insanların başlarını üzüb yan-yana düzməsini, bu terror
hərəkatının üzvlərinin kəsilmiş insan başları ilə futbol oynamasını əks
etdirən dəhşət görüntüləri internetdə doludur.
Bəs bu qədər qəddar başkəsənlər haradan peyda olub? Doğrudanmı
İŞİD-çilərin dünyanı dəhşətə salan qəddarlıqlarını onların
ideologiyalarından irəli gəlir?
Yaxud on illər boyu diktatorların zülmü altında əzilən məzlum
ərəblərin birdən-birə ölümdən qorxmayan mübarizlərə çevrilməsinin,
minlərlə qurban versə də Tunis, Misir, Liviya və Suriya rejimlərinin
təhlükəsizlik qüvvələrinin qarşısından geri çəkilməyərək “ərəb baharı”
fırtınası yaratmasının, Hüsnü Mübarəki, Ben Əlini, Qəzzafini
devirməsinin arxasında hansı sehrli güc dayanırdı? İndiyə qədər “ərəb baharı”nın və onun yaratdığı təlatümlər fonunda
meydana çıxan İŞİD-in gah İsrailin, gah da ABŞ-ın əməli olduğu haqda
müxtəlif nəzəriyyərlər ortaya atılıb.
Ancaq ərəb ölkələrini bürüyən təlatümlərdə rolu olan “sehrli iksir”
də var ki, onun haqqında indiyədək danışan yox idi. İndi İtaliyanın “İl
Giornale” nəşri hərbi jurnalist Can Mikalessinin bu “sehrli maddə”,
yaxud “dəhşət həbi” haqda araşdırmasını dərc edib.
Kustar yolla hazırlanan amfetamin maddəsi Söhbət insana fiziki əzablara tab gətirmək gücü verən və onun
beynində böyük boşluq yaradan güclü amfetamin maddəsindən gedir. Bu
psixotrop maddə “kaptaqon” adlanır, ancaq hamı ona artıq “dəhşət iksiri” adı verib.
Bu maddə “ərəb baharı” ilə birlikdə yayılmağa başladı və Tunisdən
tutmuş Misirə, Liviyadan Suriyaya qədər ərəb ölkələrində islamçı
kütlələrin özlərini polisin və hərbçilərin zərbələri altında qurban
verməsində əsas rol oynadı.
Jurnalist yazır ki, indi bu maddə bütün Yaxın Şərq üçün əsl
dəhşətə çevrilib: bu ölümcül amfetaminin yaratdığı ekstazda onun təsiri
altında olan insan sifətində təbəssümlə, beyinlərində boşluqla baş kəsir
və öldürür.
Kürdlər şahidlik edir ki, bu maddəni Kobanidə öldürülmüş yüzlərlə
İŞİD-çinin hamısının ciblərində tapıblar. Qərbli girovların başlarını
kəsən və “Cihadçı Con” kimi tanınan britaniyalı İŞİD üzvünün
videogörüntülərini analiz etmiş ABŞ kəşfiyyatı onun amfetaminin təsiri
altında olduğunu müəyyən edib.
Jurnalist yazır ki, bu preparatı ilk dəfə Misirdə Hüsnü Mübarək
rejiminə qarşı döyüşən nümayişçilərin ciblərində tapıblar. Həmin
hadisələr zamanı tutulanların bir çoxu etiraf edib ki, nümayişlərin
təşkilatçılarından insana güc və qətiyyət gətirən möcüzəli həblər
alıblar. O zaman “Müsəlman qardaşları” hərəkatı preparatı Dubaydan və
Qətərdən gətirmişdi.
Preparatla bağlı ilk elmi testləri isə İtaliya karabinerləri
keçirib. Karabinerlər 2013-cü ildə Liviyadakı parakəndə yaraqlı
qruplarını nizami orduda birləşdirmək üçün göndəriləndə onların
apardıqları analizlər göstərib ki, potensial kursantların 30 faizdən
çoxu narkotik maddə asılılığındadır.
Hazırda belə güclü ehtimal var ki, kaptaqon İŞİD yaraqlılarının
fanatizmini heyvani qəddarlığa, vəhşiliyə çevirən preparatdır. Qətərdə,
Dubayda və indi İŞİD-in nəzarətində olan ərazilərdə istehsal edilən bu
həblər müharibə və terror üçün əsl yanacağa çevrilib.(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=14221