Bakıda dəhşət:Bacısını “satan” qardaşın dramı…

06.12.2014 - 00:59

Özünə maşın aldı, ancaq bacısının qanını satan
qardaş özü başqa bir piyadanı vurduğu üçün 7 il müddətinə azadlıqdan
məhrum olunub

Bakıda hər kəsi təəccübləndirən və təəssüfləndirən ibrətamiz olay baş verib. Məlumat
verən şəxslər adlarının çəkilməsini istəməyiblər. Olay bir neçə il öncə
Xətai rayonunda baş verib. “Toyota Prado” markalı avtomobil bir qızı
vurub. Qız aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sürücü
məsuliyyətə cəlb olunub. Sonradan sürücünün
yaxınları zərərçəkənin ailəsinə minnətçi düşüb və yalvar-yaxardan, yağlı
vədlərdən sonra onlar şikayətçi olmadıqlarını bildiriblər. Daha
doğrusu, mərhumun valideynləri şikayətçi olublar, sürücünün ən sərt
qaydada cəzalanmasını istəyiblər. 
Amma qızın
qardaşı Kamran (əsl adını etik səbəblərə görə yazmırıq-red.) bacısını
vuran sürücünün yaxınları ilə razılığa gəlib. Onlar Kamrana Bakıda iki
yerdə ev alıblar, xeyli pul da veriblər. Həmin pulla Kamran özünə
avtomobil də alıb. Onun valideynləri Kamranı bu hərəkətlərinə görə
tənbeh edərək “bacının qanından pul qazandın” deyib evdən qovublar. Bir
müddət kef-damaq məclislərində əylənən Kamran bu hadisədən 1 il 6 ay
sonra haram pulla aldığı avtomobillə piyadanı vurub öldürdüyü üçün həbs
olunub. Məhkəmənin qərarı ilə Kamrana 8 il həbs cəzası verilib.
Onun
tanıyanlar bildirirlər ki, Kamran artıq 3 il 6 aydır həbsdədir. O,
cəzasının azaldılması üçün valideynlərindən kömək istəyib. Hətta,
bacısının qanı bahasına aldığı evlərin satılması və ona köməklik
edilməsi üçün valideynlərinə sifariş göndərib. Lakin valideynləri onun
bu təklifini rədd edərək “get, cəzanı çək” deyiblər.
Bu
hadisənin üstündən 3 ildən çox vaxt keçsə də, bunun ictimaiyyətə
çatdırmağı qərara aldıq. Hadisədə ölən qızın, onun qardışının adı bizə
bəllidir. Hətta, hadisələrin harada baş verdiyini də öyrənmişik. Sadəcə,
etika xatirinə çox dərinə getmədik. Kimlərsə inciməsin, kimlərsə
küsməsin. Bu bir reallıqdır və təəssüflər olsun ki, cəmiyyətdə geniş
yayılmağa başlayıb. Amma unutmayın ki, Kamranın başına gələnlər bu yolla
var-dövlət qazanan hər kəsin başına gələ bilər… (avtosfer.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=14223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728