Astroloqun 2015 proqnozu: deputatların 40 faizi dəyişəcək…
Səbuhi Rəhimli: “Məhəlli münaqişələrin sayı artacaq, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək”
Yeni
ilə artıq sayılı günlər qalıb. Şərq təqviminə görə 2015-ci il Keçi
ilidir. 2015-ci ili Qoyun ili də adlandıranlar var. İlin sonu
yaxınlaşanda astroloqlara müraciət etmək isə artıq ənənə halını alıb.
Biz də bu ənənəyə sadiq qalaraq qarışıq dünyamızın sonrakı gedişatını
öyrənmək üçün proqnozları çox zaman özünü doğruldan astroloq Səbuhi
Rəhimliyə müraciət etdik.
Təki o özü ilə sülh, firavanlıq, ruzi-bərəkət və cansağlığı gətirsin. O
ki qaldı sualın konkret cavabına, qeyd edək ki, müraciət etdiyimiz
astroloji mənbələrin böyük əksəriyyətində il Keçi adı ilə
səciyyələndirilir. Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind
və yapon astrologiyasına əsaslanırıq. Amma yenə də qeyd edim ki, adın
mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur. Zodiak illərində mübahisəli
adları ikili adlandırırlar: Keçi-Qoyun, Pişik-Dovşan, Qaban-Donuz və
sairə”.
başlayır. Bəs Keçi ili nə vaxt başlayacaq? Ümumiyyətlə, Yeni ilin əsas
rəmzləri, simvolları barədə nə deyə bilərsiniz?
Yupiterin hərəkət istiqaməti ilə tənzimlənən təqvim olduğu üçün Sutökən
bürcünün dövrünə (20 yanvar -19 fevral) düşür. Qarşıdan gələn ağac
ünsürlü Göy Keçi ili də 2015-ci ilin 19 fevralında, Bakı vaxtilə
04:47-də başlayacaq və 2016-cı ilin 7 fevralına qədər davam edəcək.
Simvollara gəlincə, ilin planeti Yupiter, uğurlu ayları mart, dekabr,
uğursuz ayları iyun, sentyabr, düşərli günü bazar ertəsi, cümə axşamı,
ağır günü isə çərşənbə və şənbədir. Rəng göy, yaşıl, bənövşəyi, daş-qaş
sapfir, ametist və zümrüddür.
müharibələr, siyasi aləmdə baş verən qalmaqallar və sairə. Bəs bu il
necə, qalmaqallı yoxsa sakit keçəcək?
toqquşmasına, mülkiyyət üstündə savaşların pik nöqtəsinə çatmasına,
yalan informasiyaların ayaq tutmasına, dini təriqətlərə zəmin yaradır.
Bu barədə də ötən ilin bu çağlarında danışmışdıq. Qarşıdan gələn Keçi
ili də sakit deyil. Keçi incəsənət rəmzi olmaqla bərabər, həm də
liderlik işarəsidir. Ağıllı olanları sevir, yalansız keçinə bilmir. Keçi
tanınmış böyük adamların asanlıqla nüfuzdan salınmasında və ya əksinə,
heç kimin bəyənmədiyi, tanımadığı birisinin qəfil yüksəlişinə zəmin
yaradır. Keçinin pul yığmaqla arası yoxdur, xərcləməyi sevir. Keçi
ilinin oyun qaydaları da fərqlidir: heç bir körpünü yandırma, çünki
məcbur olub o körpüdən geri dönəcəksən. Bu daha çox siyasi müstəviyə
aiddir. Konkret olaraq 2015-ci illə bağlı soruşursunuzsa, məhəlli
münaqişələrin sayı artacaq, yeni liderlər meydana gələcək, təbii
fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək.
qismini nəzərinizə çatdırmaq istərdim: türklər Krımı və Moskvanı fəth
edib, Paraqvay, Liberiya, Əfqanıstan, Livan və Sudan müstəqillik əldə
edib, radio ixtira olunub, Nobel mükafatı təsis olunub. Bundan başqa,
Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər. İlk vertolyot Fransada
havaya qalxıb. Bakı Dövlət Universiteti yaradılıb. Tehranda Çörçill,
Ruzvelt və Stalin arasında İkinci Dünya müharibəsinin sonrakı taleyini
həll edən görüş keçirilib, Təbrizdə Azərbaycan Demokratik Firqəsi
yaradılıb. Dünyada ilk dəfə olaraq SSRİ “RDS-37” adlı hidrogen bombasını
sınaqdan keçirib, İsrail Şərqi Qüdsü işğal edib. Bakıda metro
nəqliyyatı fəaliyyətə başlayıb, İranda İslam İnqilabı qələbə çalıb.
Sovet ordusu Əfqanıstanı işğal edib. Azərbaycanın say-seçmə oğulları
vertolyot qəzasında həlak olublar. SSRİ dağılıb, ABŞ-Böyük Britaniya
koalisiyası ikinci dəfə İraqa hücum edib və ən nəhayət, 2003-cü ilin
15-16 oktyabrında baş verən hadisələr.
bu barədə proqnoz hazırlamaq imkanım yoxdur. Yalnız onu deyə bilərəm
ki, indiki millət vəkillərinin 40 faizdən çoxu yenilənəcək.
diqqət yetirilir. Təncim hesablamalarına görə, Yeni ildə adı bu və ya
digər formada daha çox hallanan ərazilər Kiçik Asiya, Rusiya, İtaliya,
Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası
(Braziliya və Meksikadan başqa) və əksər ərəb ölkələri olacaq.
riayət edənlər ilin mənfəətini daha çox qazanacaqlar. Astroloji baxımdan
yanaşdıqda isə, Oxatan və Balıqlar bürcü üçün daha şanslı dövrdür.
İllərdən isə təbii ki, Keçinin özü və dostları: Pişik və Qaban. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14232