Düşmən orduda yeni qırğın: zabit əsgərləri gülləyə tutdu
Ermənistan ordusunun zabiti saxlanılıb.
Ermənistan mətbuatının verdiyi məlumata görə,
baş leytenant Qazaryan müqavilə əsasında xidmət edən erməni muzdlu Karen
Ananyanı güllələməkdə ittiham edilir.
Məlumata görə, Ermənistan hərbi hissələrdən birində baş leytenant
Qazaryanla sıravi əsgər Saribekyan arasında mübahisə düşüb. Bundan sonra
baş leytenant avtomat silahı götürərək ətrafa nizamsız atəş açmağa
başlayıb. Güllələrdən biri təsadüfən muzdlu Ananyana dəyib. Təcili
hospitala çatdırılan muzadlu əməliyyat edilib. Erməni baş leytenanta
tabeliyində olan hərbi qulluqçularla kobud davranma və onlara qarşı
silah işlətmə addəsi ilə cinayət işi açılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinini rəhbəri Artsrun
Ovanisyan hərbi qulluqçunun yaralanması faktını şərh etməkdən imtina
edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14233