Bakıda “böyük ov”: bir gecədə 100 nəfər cərimələndi, həbs olunanlar var

06.12.2014 - 11:52

İçib maşın sürənlər, “avtoş”lar, yol polisinə fiziki güc göstərənlər, qaçmağa çalışanlar və daha nələr

Dekabrın
5-dən 6-na keçən gecə Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək
məqsədilə, habelə sərxoş və avtoxuliqanlıq edən sürücülərə qarşı
genişmiqyaslı reyd keçirilib. Reyddə 100-ə yaxın sürücü cərimələnib.
Həbs olunanlar da var… Belə ki, paytaxtın bütün ərazilərini əhatə edən
reyddə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxsləri, bölmə və
şöbə rəisləri, 8 və 11-ci tağımın, eləcə də eskort-müşayiət tağımının
şəxsi heyəti iştirak edib. Təxminən 50-yə yaxın yol polisi əməkdaşının
qatıldığı reyd zamanı avtoxuliqanlıq edən, sərxoş vəziyyətdə avtomobil
idarə edən, eləcə də yol polisinə qarşı kobudluq göstərərək tabe olmayan
onlarla sürücü saxlanılıb.
Milli.Az
avtosfer.az-a istinadən xəbər verir ki, reyd zamanı tabesizlik nümayiş
etdirərək yol polisinə qarşı müqavimət göstərən 17 sürücü barəsində
müvafiq tədbir görülməklə cərimələnib. Bundan əlavə, avtoxuliqanlıq edən
16 sürücü DYP əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində
protokol tərtib olunduqdan sonra rayon məhkəmələrinə aparılıb və hər
biri barəsində müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarılıb.
Reyd
zamanı sərxoş vəziyyətdə “avtoş”luq edən sürücülərə də rast gəlinib.
Onların sayı 4 nəfər olub və saxlanılaraq məhkəmələrə aparılıblar.
Ümumilikdə isə reyddə avtomobili sərxoş vəziyyətdə idarə edən 36 sürücü
aşkar olunaraq barələrində tədbir görülüb. Həmin sürücülər
cərimələnməklə yanaşı, avtomobilləri cərimə meydançasına aparılıb. 
Yol
polisindən qaçmağa çalışan 6 sürücünü saxlamaq üçün süni sıxlıq
yaradılıb və onlar saxlanılıb. Yalnız bir sürücü Babək prospektində
qaçıb aradan çıxmağı bacarıb. Yol polisinin qanuni tələbini yerinə
yetirməyərək avtomobilin açarlarını və sənədləri təqdim etməyən bir
sürücünün avtomobili isə evakuator vasitəsilə cərimə meydançasına
aparılıb.
Gecə yarısı yol polisinə tabe olmamaqla yanaşı,
fiziki güc tətbiq etməklə kobudluq edən, DYP maşınlarına qəza şəraiti
yaradıb qaçmağa çalışan bir neçə sürücü isə Post-Patrul Xidməti
əməkdaşları tərəfindən polis bölmələrinə aparılıb.
Artıq
20 gündür istifadəsi qadağan olunmasına baxmayaraq pərdə və plyonka ilə
avtomobil idarə edən 6 sürücü də yol polisi tərəfindən cərimə edilib.
Avtomobillərdən plyonkalar yerindəcə soyulub, pərdələr yığışdırılıb.
Nəqliyyat vasitəsini heç bir sənəd olmadan idarə edən 3 sürücü də
saxlanılıb. Onların hər üçünün maşını cərimə meydançasına aparılıb.
Həmin sürücülərdən yalnız biri 3 saat ərzində sənədləri tapıb gətirdiyi
üçün avtomobil cərimə meydançasından buraxılıb. DYP əməkdaşları
avtomobili palçıqlı, dövlət nömrə nişanı görünməz halda idarə edən 2
sürücünü də cərimələyib. Reyd zamanı psixotrop maddənin təsiri altında
avtomobil idarə edən 1 sürücü saxlanılıb.
Aeroport
yolunda keçirilən reyd zamanı isə yüksək sürətlə hərəkət edən,
səsboğucu qurğusuna müdaxilə olunduğu üçün gurultulu səs çıxaran 6
bayker saxlanılıb. Onların idarə etdiyi motosikletlər də cərimə
meydançasına aparılıb.
Bakı Şəhər Dövlət Yol
Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib
ki, bu cür reydlər mütəmadi keçiriləcək: “Çünki son vaxtlar yol
hərəkəti qaydalarının pozulması halları narahatçılıq doğurub. Əsasən də
gecə saatlarında sərxoş və avtoxuliqanlıq edən sürücülərlə bağlı
məlumatlar əldə edirik. Belə hallara qarşı mübarizə aparmaq məqsədilə
rəhbərliyin də iştirakı ilə genişmiqyaslı bir reyd keçirmək qərarına
gəldik. Kütləvi informasiya vasitələrinin də qatıldığı reyddə məqsəd
odur ki, kobud qayda pozuntusuna yol verən, yol polisinə qarşı hətta
fiziki güc tətbiq edən sürücüləri aşkar edib cəzalandıraq. Həm də,
ictimaiyyət belə sürücüləri tanısın. Hesab edirik ki, bu cür kobud
sürücüləri ictimai qınağa cəlb etməklə qaydalara əməl etmək vərdişini
aşılaya bilərik. Bu baxımdan, belə reydləri mütəmadi şəkildə
keçirəcəyik”.






Short URL: http://www.cumhuriyyet.net/?p=14234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930