Mikayıl Cabbarov rektorlara xəbərdarlıq etdi

06.12.2014 - 11:58

 

Azərbaycanın
təhsil nazırı Mikayıl Cabbarov ali təhsil müəssisələrində 2014/2015-ci
tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi barədə
əmr verıb.

Təhsil
Nazirliyindən Trend-ə verilən məlumata görə, əmr sessiyanın mövcud
qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
verilib.

Əmrə
əsasən, ali təhsil müəssisələrinin rəhbərləri imtahan sessiyasının
mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli,
rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı
yaratmalı, qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ
şəkildə araşdırılmasını təmin etməlidirlər.

Ali
məktəb rəhbərləri imtahanların təşkilində və gedişində nöqsanlara,
neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun
tədbirlər görməlidirlər.

Nazir
əmrində onu da qeyd edıb ki, ali məktəb rəhbərləri rəhbərlik etdikləri
ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə
məsuliyyət daşıyıdıqlarını nəzərə almalıdrlar.

Əmrə
əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi
ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində payız
semestrinin imtahan sessiyası 29 dekabr 2014-cü ildə başlayıb, 18 yanvar
2015-ci il tarixində sona çatacaq.

Təhsil
Nazirliyinin müvafiq məsul şəxsləri isə imtahan sessiyasına hazırlıq
dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş
neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırmalı və
onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün
təkliflər hazırlamalıdırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=14235

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728