Almaniyada İŞİD-ə görə məscidə basqın edildi
Almaniyada İŞİD terrorçu qruplaşması ilə yaxınlığı güman edilən məscidə basqın olub.
ANS PRESS-in məlumatına görə, Almaniyanın Bremen şəhərində islam dini
ilə bağlı fəaliyyətləri ilə tanınan dərnəklərdən birinə məxsus məsciddə
polis tərəfindən əməliyyat keçirilib.
Cümə namazından sonra yüzlərlə polis məscidə daxil olub.
Məsciddəkiləri bayıra çıxaran alman polisi daha sonra həmin yerin
bağlanılması barədə əllərində qərar olduğunu diqqətə çatdırıb.
Məsciddə İŞİD təbliğatının edilməsi, moizələrdə imamların camaatı
cihada çağırması, eləcə də içərilərindən kimlərisə seçib terror
qruplaşmasına üzv olmağa göndərdikləri iddia edilir. Bunu Bremen daxili
işlər senatoru Ulrix Maurer söyləyib.
Qeyd edək ki, dərnək üzvləri arasından bu günə qədər Suriya və İraqda
İŞİD-ə qoşulmaq üçün 8 kişi, 7 qadın və 11 uşağın getdiyi müəyyən
edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14236