Türkiyə Qərbi əndişələndirib

06.12.2014 - 12:12

Siyasi şərhçi: “Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhdiddir”

Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhlükədir.
ANS PRESS-in məlumatına görə, bu fikri “Atlantic Sentinel”in
informasiya-analitik saytının baş redaktoru, şərhçi Nika Ottensa deyib.
O bu mövzuda yazdığı məqalədə vurğulayıb ki, Rusiya və Türkiyə
liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan dekabrın 1-də iki ölkə
arasında energetika sahəsində əlaqələrin genişlənilməsi haqqında
danışıblar. Rusiya-Türkiyə münasibətləri problem olaraq qalır, amma
əməkdaşlığın perspektivi Qərb üçün strateji təhlükə təşkil edir.
V.Putin Ankarada mətbuat konfransında bildirdi ki, Türkiyə üçün
növbəti ildə qazın idxalında 6 faiz endirim olacaq. O, həmçinin
planlaşdırılan “Cənub axını” boru kəməri layihəsindən imtina etdiklərini
söylədi, hansı ki, Rusiya qazı Avropaya Qara dənizin dibi üzrə getməli
idi. Bunun əvəzinə boru kəməri Türkiyə istiqamətinə yönəldiləcək.
Onun sözlərinə görə, ancaq Rusiya-Türkiyə münasibətlərinin
yaxşılaşması energetika təhlükəsizliyindən başqa, Avropa üçün təhdid
təşkil edir. Türkiyə NATO-un cənub-şərq lövbəri olan Qara dənizdə
Rusiyanın iddialarının yoxlanılmasına xidmət edir. Çünki, Türkiyə
Dardanel boğazına nəzarət edir və ona görə də Aralıq dənizində NATO
hakimiyyətinin möhkəmlənməsində Rusiyaya mane ola bilər. 
Türkiyə, həmçinin Qafqazda qərb yönümlü respublikalara, əsasən
Gürcüstana, az dərəcədə də olsa, Azərbaycana Avropa ilə münasibətlərin
dərinləşdirməsinə icazə verir.
Şərhçi belə bir xatırlatma da verib: “Rusiya-Türkiyə koalisiyası,
əksinə, Rusiyaya Qara dənizdə və Qafqazda dominant rol oynamağa imkan
verəcək. Bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə keçmiş
məsləhətçisi Zbiqnev Bzejinski 15 il əvvəl “Böyük şahmat taxtası:
Amerikanın hökmranlığı və onun geostrateji imperativləri” yazısında
xəbərdarlıq edib. O proqnozlaşdırıb ki, Türkiyənin təkamülü və
oriyentasiyası Qafqaz dövlətlərinin gələcəyi ilə bağlı olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14238

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930