Elmar Məmmədyarov rus dilinin müdafiəsinə qalxdı

06.12.2014 - 12:25

İsveçrənin Bazel şəhərində ATƏT iştirakçısı olan dövlətlərin
Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 21-ci iclası çərçivəsində GUAM
üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclası dil
polemikası ilə yadda qalıb.

RİA-Novosti bildirir ki, Ukraynanın XİN
rəsmisi iclasın ingilis dilində aparılmasını təklif edib. Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, GUAM çərçivəsində
müxtəlif sektorların nümayəndələri ilə aparılan görüşlər və danışıqlar
zamanı rus dilində ünsiyyət, ingilis dilindən istifadə ilə müqayisədə
daha məhsuldardır: “GUAM çərçivəsində nəqliyyat, gömrükçülər,
sərhədçilər, turizm təşkilatları və sair səviyyədə bir çox sektor
əməkdaşlığı mövcuddur. Öz görüşlərimdə və müzakirələrimdə ingilis deyil,
rus dilindən istifadə daha rahat və məhsuldardır”.

Azərbaycan XİN rəsmisi politik emosiyaların əsiri olmamağa və dildən
ünsiyyətin rahatlığı üçün istifadə etmək gərəkdiyini vurğulayıb.

Qeyd edək ki, GUAM-ın Nizamnaməsinə uyğun olaraq, rəsmi dil kimi rus və ingilis dilləri istifadə edilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14240

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728