“Siçan dərmanı” qəbul edib sağ qalmaq?

06.12.2014 - 12:30

Araşdırmaçı jurnalist Xədicə İsmayılın təzyiqinə məruz qalaraq
intihar etməyə məcbur olması ilə bağlı istintaqa ifadə verərək onun
həbsinə hüquqi əsas verən jurnalist Tural İsmayılovun hərəkəti və
açıqlamaları sosial şəbəkədə aktiv müzakirə mövzusu olaraq qalmaqdadır.
Sosial şəbəkə istifadəçiləri onun ifadəsində göstərdiyi “siçan dərmanı
içərək” ifadəsi ilə bağlı da şərhlər yazıblar.
Musavat.com saytının şef-redaktoru Xalid Kazımlı mövzuyla bağlı aşağıdakı şərhi yazıb: 
“Mən vaxtilə sink-fosfitlə (“siçan dərmanı” – qədim adı mərgümüş)
işləmişəm. Onunla işləmək üçün gərək ağız-buruna respirator taxasan,
qara istiot kimi bir şeydir. iki-üç tozu nəfəs yoluna getsə, adam
hazırdır. Onu günəbaxan yağıyla, buğdayla qarışdırıb zəhər
hazırlayırlar. O buğdanın birini udan adamda dəhşətli yanğı əmələ gəlir.
İnsan başlayır su içməyə, su içdikcə daxili orqanlar parçalanır. Tural
Mustafayev o dərmanı necə içib ki, salamat qalıb – baş açmaq çətindir”. 
Buna cavab olaraq yazıçı Pərviz Cəbrayıl qeyd edib ki, həmin şəxs
zəhəri qəbul etdikdən sonra onun təsirini azaltmaq üçün çoxlu süd içib. 
Həkim Vaqif Qarayev isə sink-fosfiti nəzərdə tutaraq yazıb: “Qisa
müddətdə öldürücü təsiri var… Amma çox az dozada qəbul edildikdə və
vaxtinda müdaxilə olunduqda xilas varianti mümkündür. Bu, məsələnin
tibbi aspektidir! Teatr çixartmaq istəyənlər isə adətən əvvəlcədən bu
haqda məlumatli olurlar”.
Həbs olunan Xədicə İsmayılın rəfiqəsi, araşdırmaçı jurnalist Aynur
İmranova “zərərçəkən”in daha əvvəllər intihar şousu sərgiləmək məqsədi
ilə sosial şəbəkədə paylaşdığı şəkli nümayiş etdirib. Həmin şəkil
budur: 
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728