“Bandotdel”də yeni təyinat

06.12.2014 - 12:35

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov kadr dəyişikliyi edib.

Aznews.az-ın məlumatına görə, o, idarənin Terrorizm və Banditizmə
qarşı Mübarizə şöbəsinə yeni rəis təyin edib. S.Əzimov bu posta keçmiş
işçisi, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşını
gətirib.

Yeni təyinat alan şəxsin adı və soyadı məlum olsa da, həmin şöbə məxfi hesab olunduğundan bunun açıqlanması məqbul sayılmır.

Qeyd edək ki, Mirqafar Seyidovun yerinə təyin edilən Seyfulla Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi olub.

O, Quba rayon Polis Şöbəsinə rəis təyin olunmazdan öncə isə Nəsimi rayon 22-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14243

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728