Rövşanə Rəhimli: “Turalla ayrılmağımıza psixoloji problemləri səbəb olub”
və dostlarım da təsdiqləyə bilər ki, bu ilin oktyabrında Turalla
nişanımız pozulub. Buna səbəb də yalnız onun psixoloji problemlərinin
olmasıdır”. Bu sözləri Meydan TV-yə intihara cəhd etdiyi bildirilən
jurnalist Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli deyib.
sözlərinə görə, nişanlısının tez-tez depressiyaya düşməsi,
aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: “Bir dəqiqənin içində
halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı
qaytardım. Hətta özü də Meydan Tv-yə açıqlamasında deyib, bir müddət
əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi
olaraq antidepressiv dərmanlar atır”.
Mustafayevin intihara cəhdinin səbəbləri araşdırılır. Araşdırmaçı
jurnalist Xədicə İsmayıl CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi
ilə təqsirli bilinir. Dekabrın 5-də Səbail rayon Məhkəməsi onun
barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14244