Mübariz Qurbanlı: “Dini sahədə mövcud olan “beşinci kolon”ları iflasa uğrada bilmişik”
qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə
əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq
uğurlu modelini yaradıb. Məsələn, multikulturalizm və tolerantlıq
sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi
öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların
həllində istifadə etməlidir”.
Mübariz Qurbanlı “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.
Qurbanlı təəssüflə qeyd edib ki, artıq bütün dünyanı ağuşuna alan dini
zəmində düşmənçilik dalğası da məhz yeni dünya düzəninin ikili
standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyaının süni
şəkildə ortaya atdığı avantüradır: “Açıq etiraf etməliyik, Qərbin məlum
dairələrinin “Böyük Orta Şərq layihəsi” deyilən planında radikal islamçı
qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların
hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və
istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak
etməsi barədə yüzlərlə fakt var. Dünyadakı mövcud münaqişə ocaqları
içərisində hazırda yalnız 12-si dini zəmində baş verən savaşlardır.
Maraqlı məqam odur ki, həmin münaqişələr konfessiyalar arasında deyil,
məhz islam dünyası daxilində baş verir, təriqətlərarası savaşa çevrilir.
Qərbin bu son intriqası nəticəsində “Allahu əkbər” sədası ilə müsəlman
müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də
sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini
dağıdır. Acı gerçəklik odur ki, xaç yürüşləri bu gün də davam edir, amma
onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər”.
Qurbanlı bildirir ki, son aylarda Azərbaycanı demək olar ki,
qarış-qarış gəzib və bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla
görüşlər keçirib: “İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq
edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll
edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq.
Müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dini
durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib.
Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla
gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə
məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər
ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur. Əvvəla, ona görə
ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani
kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub. Hər
bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir
və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi
dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan
qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini
icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan
“beşinci kolon”ları da iflasa uğrada bilmişik. Eyni zamanda,
Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını
almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var. Bu baxımdan, tam
əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada
bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və
planladığı təfriqələri həyata keçirə bilməyəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14245