Ruslar Bakıya hücum edəcək?
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov Ukraynada mətbuat
konfransı keçirərək Putinin növbəti addım kimi Azərbaycana və Gürcüstana
hücum edəcəyini deyib.
Kasparov iddia edib ki, Rusiya prezidenti
üçün beynəlxalq münasibətlərdə xaos əlverişlidir. Onun fikrincə, Putin
Rusiya hərbi bazasının yerləşdiyi Ermənistana quru dəhliz açmaq üçün
Azərbaycana və Gürcüstana hücum etmək istəyir.
“Putinin Azərbaycan və Gürcüstanda təcavüzkar əməliyyatlar başlamasına
çox sayda səbəb var. Bu, Ermənistanda yerləşən Rusiya hərbi bazasına
quru dəhlizdir. Təbii ki, heç bir real itki olmayacaq, sadəcə təsir
dairəsinin genişləndirilməsi olacaq”, – deyə Kasparov vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14256