Keçmiş pasport-masa rəisi həbs edildi
Xaçmaz rayonunda keçirilən əməliyyat nəticəsində Xətai rayon Polis İdarəsi Pasport-Qeydiyyat Şöbəsinin keçmiş rəisi saxlanılıb.
Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi
əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Bakı
şəhəri, Xətai Rayon Polis İdarəsi pasport-qeydiyyat şöbəsinin keçmiş
rəisi Nizami Seyidov saxlanılıb (APA).
ANS PRESS-in məlumatında Nizami Seyidovun Xudat
şəhərində vəhhabi təriqətinin üzvlərindən olduğu bildirilir. Əməliyyatın
keçirilməsini Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Abbasov da
təsdiqləyib. Lakin keçirilən əməliyyat barədə ətraflı məlumat
verilməyib.
Xaçmaz RPŞ-dən əməliyyatla bağlı əlavə məlumat verilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14257