“Əl-Nusra Cəbhəsi” Əbubəkr əl-Bağdadinin keçmiş arvadının azad olunmasını tələb etdi

06.12.2014 - 17:45

“Mənim də arvadımı və uşaqlarımı buraxın, yoxsa…”

“Al
Jazeera English”in yaydığı xəbərdə deyilir ki, “əl-Qaidə”nin Suriya
qanadı olan “əl-Nusra Cəbhəsi” livanlı polis nəfərini öldürüb və bundan
sonra da bu kimi addımlar atacağı ilə hədələyib. Öümün səbəbi isə belə
izah olunur ki, Livan polisi “əl-Nusra Cəbhəsi”ndə döyüşən bir mücahidin
arvadını həbs edib.

 “Əl-Nusra
Cəbhəsi”nin komandirlərindən biri İnternetdə yayılmış
video-müraciətində deyib ki, təşkilat polis nəfəri Əli Bazzalı öldürüb.
Çünki “əl-Nusra Cəbhəsi”nin komandirlərindən olan Anas Şarkasın arvadı
və uşaqları Livanda həbs olunub və xəbərdarlığa baxmayaraq, onlar azad
edilməyib.  
“Əl-Nusra Cəbhəsi”
müraciətində xatırladıb ki, İŞİD lideri Əbubəkr əl-Bağdadinin keçmiş
arvadı Saja əl-Dulaymi də Livanda həhs olunub.
“Əgər
bizim nahaq yerə həbs olunmuş bacılar azad edilməsə, onda biz əlimizdə
olan digər dustağa qarşı da ölüm hökmünü icra etməli olacağıq”,
“əl-Nusra Cəbhəsi” komandiri deyib. 
“Biz bütün qadın və
uşaqların azad edilməsini tələb edirik. Mənim uşaqlarımdan birinin 4
yaşı var, o birisi isə 6 aylıqdır. Siz onları anası ilə birlikdə həbs
etməyə necə cəsarət etmisiz”, komandir sual edib. 
“Al
Jazeera English” bildirir ki, öldürülmüş Əli Bazzalın qohumları Beka
vadisində bir neçə yolu kəsiblər. Bununla da onlar hökumətə girovları
azad etmək üçün ciddi iş görmədiklərinə görə etiraz ediblər. Həmin
yolları açmaq üçün hökumət vadiyə hərbi hissələr yeridib. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14259

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031